Razi Nurullayev: “Deputatların iş otağında kamera quraşdırılmalıdır”
16:40 / 09.04.2020
3300
"Hər bir deputatın iş otağında kameralar quraşdırılmalıdır”.
Bunu Milli Məclisin iclasında deputat Razi Nurullayev deyib.
O bildirib ki, cəmiyyətdə bir sual var – "deputat hara baxır?”
R.Nurullayev onu da qeyd edib ki, deputatların səlahiyyətləri artırılmalıdır.
"Deputatların səlahiyyətləri artırılsa, onlar seçicilərin problemlərini daha asan şəkildə həll edə bilərlər”, - deyə R.Nurullayev əlavə edib. (oxu.az)