“Rayonlarda kredit faizi Bakıdan 2 dəfədən artıqdır” – Deputat bankları tənqid etdi
11:02 / 08.04.2021
2226
"Rayonlara daha az vəsait ayıran banklar
regionlarda kreditləri də yüksək faizlə təklif edirlər”.
Sfera.az-ın məlumatına görə, bunu deputat,
iqtisadçı-ekspert Vüqar Bayramov deyib: "Mərkəzi Bankın məlumatına görə, bankların ən
yüksək kredit faizləri Yuxarı Qarabağ iqtisadi rayonundadır. Yəni, Füzuli,
Ağdam və Tərtər rayonlarında yaşayan vətəndaşlarımız və iş adamları daha yüksək
faizli kredit götürmək məcburiyyətindədirlər. Bu iqtisadi rayon üzrə orta
kredit faizi 24.25 faizdir.
Uyğun olaraq Dağlıq Şirvan və Aran iqtisadi
rayonları da yüksək kredit faizlərinə görə fərqlənir. Ümumiyyətlə, rayonlarda
kredit faizləri Bakı ilə müqayisədə orta hesabla 2 dəfədən çox artıqdır”.
Günay