Rayonlarda karantin rejimi yenidən sərtləşdirilə bilər? - RƏSMİ

Rayonlarda karantin rejimi yenidən sərtləşdirilə bilər? - RƏSMİ
 Bugünkü statistik göstəricilər həmin bölgələrdə karantin rejiminin təkrar sərtləşdirməsinə əsas vermir.
 

Sfera.az bildirir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

"Bildiyiniz kimi, biz şərti olaraq xəritəni sarı və narıncı bölgələrə bölmüşdük və narıncı sahədəki tədbirlər sarı sahədəki tədbirlərə nisbətən fərqli idi və hələ ki bu şəkildə davam edəcəkdir. İrəlidəki dövrdə, təbii ki, müxtəlif regionlarda bu statistik göstərici dəyişərsə narıncıya, hətta qırmızıya və ya əksinə yaşıla doğru getmək gündəmdə olacaqdır. Bugünkü statistik göstəricilər həmin bölgələrdə karantin rejiminin təkrar sərtləşdirməsinə, dolaysıyla sarı sahənin narıncı sahəyə çevrilməsinə əsas vermir. Ona görə də gündəmimizdə belə bir məsələ yoxdur".

Qeyd edək ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonundan başqa, respublikanın digər ərazilərində tətbiq olunan bir sıra məhdudiyyətlər may ayının 4-dən götürülüb.



OXŞAR XƏBƏRLƏR