Rayon rəhbəri bir qrup gənclə görüşdü - FOTOLAR

Rayon rəhbəri bir qrup gənclə görüşdü - FOTOLAR
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Dövlət İmtahan Mərkəzinin keçirdiyi dövlət qulluğunun inzibati vəzifələrinin 3-7-ci təsnifatları üzrə müvafiq sertifikatlar almış, hazırda işsiz olan bir qrup gənclə pandemiya qaydalarına uyğun olaraq görüş keçirib.
 
Sfera.az xəbər verir ki, RİH başçısı imtahanlarda yüksək nəticə göstərmiş İsmayıllı gəncləri ilə görüş zamanı onların problemləri ilə yaxından maraqlanmışdır. Rayon İcra Hakimiyyətində vakant vəzifələrə kadr təyinatı zamanı onların da nəzərə alınacağını bildirmişdir. 

Görüşdə iştirak edən gənclər onlara göstərilən xüsusi diqqətə görə rayon rəhbərinə öz minnətdarlıqlarını bildiriblər.

OXŞAR XƏBƏRLƏR