Rayon qeydiyyatında olanların nəzərinə - GƏLƏN AYDAN...

Rayon qeydiyyatında olanların nəzərinə - GƏLƏN AYDAN...
Hazırda ölkənin müxtəlif şəhər və rayonlarında İcbari Tibbi Sığorta tətbiq edilir. Lakin həmin rayonlarda qeydiyyatda olub Bakıda işləyən vətəndaşlar icbari tibbi sığortanın xidmətlər zərfindən istifadə etməkdə çətinlik çəkirlər.

Sfera.az xəbər verir ki, aprelin 1-dən etibarən Bakıda da icbari tibbi siğortanın tətbiqinə başlanacaq.

Bəs rayon qeydiyyatında olan şəxslərin paytaxtda bu xidmətdən istifadə imkanı olacaqmı?

Rayon qeydiyyatında olub Bakıda yaşayan və işləyən vətəndaşlar paytaxtda icbari tibbi sığortadan istifadə edə biləcəklər.

Hazırda ölkənin 59 şəhər və rayonunda vətəndaşların icbari tibbi sığortanın xidmətlər zərfindən istifadə hüququ var. Amma Bakıda bu xidmətdən istifadə etmək hələ mümkün deyil. İcbari Tibbi Sığorta Agentliyindən Xəzər Xəbərə verilən məlumata görə, Bakıda icbari tibbi sığorta gələn aydan etibarən tətbiq ediləcək.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin departament rəhbəri Aynurə Əhmədova Bakıda yaşayıb rayon qeydiyyatında olan şəxslərin paytaxtda icbari tibbi sığortadan hansı halda istifadə edəcəyi ilə bağlı qaydaları açıqlayıb. Bunun üçün vətəndaş faktiki yaşadığı yer üzrə müvəqqəti qeydiyyata düşməlidir.

Agentlikdən bildirildi ki, vətəndaşlara icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlər Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyində olan dövlət tibb müəssisələrində göstərilir. /Mətbuat.az

OXŞAR XƏBƏRLƏR

Əhali ən çox gəliri hansı sahələrdən əldə edir? – ADLAR

Azərbaycanda ev təsərrüfatlarının tədqiqi göstərir ki, əhalinin adambaşına düşən aylıq gəlirləri 2023-cü ildə 15,6 manat artaraq 343 manatı ötüb. Gəlirlər şəhər...

Prezident: "COP29-a sədrliyimizə ən təxirəsalınmaz məsələlərin həllinə qlobal aləmdə töhfə vermək fürsəti kimi də baxırıq"

Biz öz sədrliyimizə (COP29-a - red.) nəinki özümüzü nümayiş etdirmək, həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq. Əslində, bu, vacibdir.   Sfera...

Şoyqudan Ukrayna ilə bağlı MÜHÜM AÇIQLAMA: "Müharibə başlayandan bəri..."

Ukraynanın savaşda itkiləri ilə bağlı məlumat açıqlanıb.   Sfera.az bildirir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu danışıb.   ...

May ayının şanslı və uğursuz GÜNLƏRİ - Astroloq AÇIQLADI

May ayının şanslı və uğursuz günləri açıqlanıb.   Sfera.az xəbər verir ki, bu barədə məşhur rus astroloqu Vasilisa Volodina danışıb.   Pro...

Hikmət Hacıyev: “Azərbaycan tərəfi İlham Əliyevin Rusiyaya səfərinin nəticələrini çox müsbət qiymətləndirir”

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 22-də Rusiyada işgüzar səfərdə olub.   Sfera.az xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi - Azərb...

Həyatın yaranması üçün vacib olan üzvi molekullar əvvəlcə kosmosda yaranmış ola bilər - ARAŞDIRMA

Fransa və Almaniya alimləri həyatın yaranması üçün vacib olan üzvi molekulların əvvəlcə kosmosda yaranmış ola biləcəyinə dair yeni sübutlar əldə ediblər.  ...