Rasim Quliyev YAP-dan çıxarıldı
14:13 / 26.07.2021
772
Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş aparat rəhbəri Rasim Quliyev Yeni Azərbaycan Partiyasından (YAP) xaric edilib.
Sfera.az-ın Unikal.org-a istinadən məlumatına görə, o, partiyanın Səbail rayon təşkilatının şura üzvlüyündən çıxarılıb.
Qeyd edək ki, R.Quliyev korrupsiya əməllərinə görə aprel ayında həbs edilib.