Rasim Balayev karantinə alındı

Rasim Balayev karantinə alındı
 

Xalq artisti, aktyor Rasim Balayev 14 günlük karantinə alınıb.

Sfera.az  xəbər verir ki, bu barədə Kult.az-a Xalq artisti özü məlumat verib.

O bildirib ki, koronavirusa yoluxmayıb:

"Bir neçə gün öncə müayinə üçün Türkiyəyə getmişdim. Beş gün orada qaldım. Hər şey yaxşıdır.

Səhhətim də normaldır. Yanvarda qardaş ölkədə əməliyyat olunmuşdum. May ayında müayinədən keçməli idim. Koronavirusa görə yollar bağlandı, gedə bilmədim. Təzəlikcə qayıtmışam. Ölkəyə dönən kimi 14 günlük karantinə aldılar. "ASAN Xidmət”ə zəng vurub səbəbini soruşdum. Dedilər ki, qayda belədir: xarici ölkədən qayıdanlar iki həftə evdən bayıra çıxmamalıdır. İndi küçəyə çıxa bilmirəm. Evə ərzağı uşaqlar alır”.

OXŞAR XƏBƏRLƏR