Rasim Balayev: \"Evimdə kombi işləmir, soyuqlamışam\"
15:50 / 04.12.2019
2892
Görkəmli sənətkar, kino aktyoru, Azərbaycanın xalq artisti Rasim Balayevin səhhətində problemlər yaranıb.
Sfera.az xəbər verir ki, sonxeber.az-a bu barədə xalq artisti özü məlumat verib.
O, dünəndən etibarən səhhətində yaranan problemlə əlaqəli ev şəraitində müalicə alır.
Kinoaktyor səhhətindəki problemin soyuqlama səbəbindən yarandığını vurğulayıb:
"Kombi yanmadı, otaqlar soyuq olduğu üçün sağlamlığımda problem yarandı. Soyuqlamışam, bir az qızdırmam var. Bu problemi aradan qaldırmaq üçün mürəbbəli çay içirəm".