"Ramka" ləqəbli "patı" istifadəçisi saxlanıldı

Ağsu rayonunda "patı" istifadəçisi saxlanılıb.

Sfera.az xəbər verir ki, Ağsu Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 28 yaşlı Ağsu şəhər sakini, əvvəllər məhkum olunmuş "Ramka" ləqəbi ilə tanınan Ziyadxanlı Raman Xəndan oğlu saxlanılıb.

O, Ağsu RPŞ-ə gətirilib və üzərinə keçrilən baxış zamanı əynində olan cins şalvarın cibindən siqaret kağızına bükülmüş təmiz çəkisi 1,7 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.

İlkin dindirmə zamanı R.Ziyadxanlı əməlini səmimi etiraf edərək bu işdən peşman olduğunu bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq işləri davam etdirilir. 
 
 
 "Report"

OXŞAR XƏBƏRLƏR

Hüququ şəxslərə dair yeni tələb müəyyənləşir

Hüququ şəxslərin nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının ...

Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a VERİLDİ

Sabahdan Bakıda 33 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidməti “BakuBus” MMC tərəfindən həyata keçiriləcək.   Bu barədə Sf...

Keniya nümayəndə heyəti Azərbaycana səfər edəcək

Keniya Respublikasının nümayəndə heyətinin yaxın günlərdə ölkəmizə səfəri planlaşdırılır.   Sfera.az xəbər verir ki, Azərbaycanın Keniyadakı səfiri S...

Almaniyada Azərbaycanın COP29-a hazırlığı müzakirə olunacaq

Azərbaycanın COP29-a hazırlığı 25-26 aprel tarixlərində Berlində keçiriləcək 15-ci Petersberq İqlim Dialoqu çərçivəsində müzakirə olunacaq.   Sfera.a...

Ermənistan baş naziri: "Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər"

Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər.   Sfera.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan baş naz...

Əməkdar artist Cavanşir Məmməovla bağlı MARAQLI FAKTLAR

Bu gün dünyasını dəyişən, əməkdar artist, tanınmış müğənni Cavanşir Məmmədov 1954-cü ildə musiqiçi ailəsində anadan olmuşdu.   Sfera.az xəbər verir ...