No Image
No Image
No Image

Ramiz Mehdiyevin nəvəsinin toyundan daha bir görüntü yayıldı - VİDEO

Ramiz Mehdiyevin nəvəsinin toyundan daha bir görüntü yayıldı - VİDEO

Karantin dövründə keçirilən və ölkədə böyük qalmaqala səbəb olan Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyundan yeni görüntülər yayılıb. 

Sfera.az  xəbər verir ki, toydan yeni kadrlar "Show Xeber" səhifəsinin "YouTube” kanalında yerləşdirilib. Görüntülərdə mərasimdə iştirak edən qonaqların rəqsi yer alıb.

Qeyd edək ki, R.Mehdiyevin kürəkəni, eks-deputat İlham Əliyev Novxanı qəsəbəsində qızı Fidan Əliyevaya toy edib. Avqustun 18-də bağ evində keçirilən mərasimdə qohumlar, dövlət məmurları, eləcə də ailənin yaxın dostları iştirak edib. 

Toydan görüntülər internetdə yayıldıqdan sonra bəzi qonaqlar cərimələniblər. Cərimələnənlər arasında Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmov, AMEA Prezidentinin müşaviri Əli Abbasov, Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov, Ombudsman Səbinə Əliyeva, Murad Adıgözəlzadə və həyat yoldaşı Aysel Adıgözəlzadə və s. var.

R.Mehdiyevin kürəkəni isə 15 sutka müddətinə inzibati qaydada həbs olunub.

Yeni növ koronavirus infeksiyasının yayılması ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətin təhlilinə uyğun olaraq ölkədə kütləvi tədbir, toy və nişan mərasimlərinin keçirilməsi mart ayından qadağandır.

OXŞAR XƏBƏRLƏR

Prezidentin fransız aparıcıya cavabı Türkiyədə manşet oldu - VİDEO

Prezident İlham Əliyevin oktyabrın 14-də "France 24” televiziya kanalına müsahibəsi Türkiyə mətbuatında da geniş işıqlandırılıb. Prezidentin jurnalistin "...

Erməni əsgər böyük itkiləri olduğunu etiraf edib kövrəldi - VİDEO

Ermənistan KİV cəbhədə baş verənləri öz oxucularına çatdırmaq üçün tez-tez reportajlar    Bu reportajlardan birində maraqlı bir kadr diqqət çəkib. ...

Qubadlıda “S-300” sistemi məhv edildi - VİDEO

Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinə məxsus S-300 zenit raket sistemini məhv edib. Sfera.az xəbər verir ki, dron vasitəsilə çəkiliş zamanı işğ...

Erməni hərbi əsir Paşinyanı söydü: “Hamısını Nikol etdi” - VİDEO

Bu günlərdə Azərbaycan Ordusunun bölmələri tərəfindən Qarabağda əsir götürülən erməni hərbçilərin fotolarını paylaşmışdı. Sfera.az xəbər verir ki, "Musava...

Məhv edilən növbəti düşmən texnikaları - VİDEO

Müdafiə Nazirliyi növbəti düşmən texnikalarının məhv edilməsinin videogörüntüsünü yayıb.    Sfera.az həmin görüntüləri təqdim edir:   ...

Xankəndidə həyəcan siqnalı verildi: Şəhər tam boşalıb - VİDEO

Xankəndidə yenidən həyəcan siqanlı verilib.  Sfera.az xəbər verir ki, boşalmış şəhərdə həyəcan siqnalı səsləri yayılır.  Qeyd edək ki, şəh...