Ramiz Mehdiyevin daha bir villası üzə çıxdı - FOTO

Ramiz Mehdiyevin daha bir villası üzə çıxdı - FOTO
 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyevin daha bir villası üzə çıxıb. 

Sfera.az xəbər verir ki, akademikin bu villası Qusarın Çiləgir kəndində, Qusar-Laza yolunun kənarında yerləşir. Blogger Həbib Müntəzir yazır ki, meşənin içinə qədər uzanan 40 sotluq ərazidə tikilən malikanə 3 mərtəbəlidir. 

"Fotoları Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva sosial şəbəkə hesabında paylaşıb. Qeyd edim ki, tikili 2004-cü ildən sonra tikilib. Həmçinin eyni kənddə Ramiz Mehdiyevin özünün də ayrıca hovuzlu böyük villası var”, - deyə blogger bildirib.

Bundan əvvəl blogger Ramiz Mehdiyevin Novxanıda 155 hektar ərazidə dəbdəbəli villasının olduğu barədə məlumat yaymışdı.


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...