Ramiz Mehdiyevlə Əli Həsənov YAP rəhbərliyindən uzaqlaşdırıldı

Ramiz Mehdiyevlə Əli Həsənov YAP rəhbərliyindən uzaqlaşdırıldı
AMEA Prezidenti Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasının İdarə Heyətindən çıxarılıb.

Sfera.az xəbər verir ki, bu barədə bu gün keçirilən qurultayda qərar verilib.

Həmçinin YAP-çı deputat Siyavuş Novruzov da İdarə Heyətindən kənarlaşdırılıb.

PA-nın sabiq şöbə müdiri, Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında kafedra müdiri Əli Həsənov və sabiq baş nazirin müavini Əli Həsənov da İdarə heyətindən kənarlaşdırılıb. /Qafqazinfo


OXŞAR XƏBƏRLƏR