Ramiz Mehdiyev qurultaydan danışdı - VİDEO

Ramiz Mehdiyev qurultaydan danışdı - VİDEO
Bu gün YAP-ın İdarə Heyəti üzvlüyündən çıxarılaraq Veteranlar Şurasının üzvü seçilən AMEA prezidenti Ramiz Mehdiyev partiyanın qurultayından sonra jurnalistlərə açıqlama verib.

Sfera.az xəbər verir ki, R.Mehdiyev bildirib ki, Prezident İlham Əliyevin qurultaydakı çıxışı çox böyük təəssürat yaradıb: "Mən də qurultayda iştirak elədim. Həmişə olduğu kimi cənab Prezident çox konseptual, çox ağıllı, uzaqgörən çıxışı ilə bütün məsələləri əhatə etdi. Mən özüm qurultayın gedişindən çox razı qaldım. Cənab Prezidentin çıxışından sonra deputatların çıxışları oldu. O çıxışlar da çox yaxşı, məzmunlu, ölkədə gedən proseslərə tamamilə düzgün qiymət verilmiş səpkidə idi”.

R.Mehdiyev bildirib ki, hazırda 5-ci kalon məsələsi ortalığa atılıb: "Həm də burada cənab Prezidentə sədaqətli olan insanları günahlandırırlar. Bizim dövrümüzdə də, indi də işləyənlərin arasında cənab Prezidentə sadiq olmayan məmurlar tanımıram. Biz Heydər Əliyev-İlham Əliyev dəyərlərinə tamamilə sadiqik. Belə də olmalıdır, çünki Azərbaycanın gələcəyi bu yöndədir”.

R.Mehdiyev qeyd edib ki, İdarə Heyətinə seçilən şəxslər arasında tanıdığı və tanımadığı şəxslər də var: "Mən Ağsaqqallar Şurasının üzvü seçildim”.

 

(qafqazinfo)

OXŞAR XƏBƏRLƏR

Müştərilər 86 milyon manat depoziti geri çəkdi - “Accessbank”da nə baş verir?

Azərbaycanın ən böyük xarici kapitallı bankı olan “Accessbank”da  həm əhalinin, həm də hüquqi şəxslərin depozitlərinin həcmində azalma müşahidə...

Türkiyədə tarixi bina YANIR - FOTO

Türkiyənin Kırklareli şəhərində tarixi binada yanğın başlayıb.   Sfera.az "TRT Haber”ə istinadən xəbər verir ki, şəhərin Karakaş məhəlləsi...

Paşinyan: "İlk dəfə məsələ danışıqlar masası arxasında həll edildi"

İlk dəfə olaraq Ermənistan və Azərbaycan məsələni danışıqlar masası arxasında həll etdilər.   Sfera.az xəbər verir ki, bunu Ermənistan baş nazir...

Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana GƏLƏCƏK

Ukrayna Ali Radasının (parlament) sədr müavini Yelena Kondratyukun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gələcək.   Sfera.az xəbər veri...

Muxtar Babayev Dünya Bankının nümayəndələri ilə GÖRÜŞDÜ

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Dünya Bankının Baş İdarəçi Direktoru Aksel van Trotsenburq və Dünya Bankını...

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Sabah Azərbaycanda havanın temperaturu gecə 12-17° isti, gündüz 25-30° isti, dağlarda gecə 7-12° isti, gündüz 13-18° isti olacaq.   B...