Ramiz Mehdiyev Elton Məmmədova yüksək vəzifə verdi
13:59 / 27.11.2019
3341
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyev Elton Məmmədova vəzifə verib.
Sfera.az xəbər verir ki, unikal.org-un əldə etdiyi məlumata görə, akademik R.Mehdiyevin əmri ilə, Elton Məmmədov AMEA-nın "Yüksək Texnologiyalar Parkı" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru təyin edib.
Elton Məmmədov unikal.org-a açıqlamasında xəbəri təsdiqləyib:
"Bəli yeni vəzifəyə təyin olunmuşam.İndi gedirəm yeni işimlə tanış olmağa. Bu səbəbə görə də Azərbaycan Texniki Universitetdəki fəaliyyətimi dayandırmışam."