Ramin Əhmədovun missiya.az saytı ilə yardım kampaniyası bu gün Yasamalda keçiriləcək-FOTOLAR

Ramin Əhmədovun missiya.az saytı ilə yardım kampaniyası bu gün Yasamalda keçiriləcək-FOTOLAR
 Missiya.Az saytının təşkil etdiyi yardım aksiyası bu gündən başlayaraq 2 gün ərzində Yasamal rayonunun ərazisində keçiriləcək.

Yardım aksiyasının Yasamal rayonu ərazisində keçirilməsi barədə təşəbbüs İcra Hakimiyyəti tərəfindən irəli sürülüb. 

Kampaniya çərçivəsində sayt əməkdaşları və İcra Hakimiyyətinin nümayəndələri rayon əhalisi ilə profilaktik söhbətlər aparacaqlar, onlara karantin rejimin qaydalarına əməl olunası tövsiyyə ediləcək. Həmçinin Yasamal rayonunun ahıl və aztəminatlı ailələrinə ərzaq yardımı göstəriləcək. 

Qeyd edək ki, Aksiyanın birinci mərhələsində ahıl və aztəminatlı ailələrə zəruri dezinfeksiya məhlulları və gigiyenik vasitələr paylanılmışdı. Yardım kompaniyası YAP Nizami rayon Təşkilatının sədr müavini Ramin Əhmədovun dəstəyi ilə həyata keçirilir.
 


OXŞAR XƏBƏRLƏR