Ramil Usubov baş idarəyə rəis müavini təyin etdi
11:25 / 24.05.2017
591
Daxili işlər orqanlarında yeni təyinat olub.
Polis polkovniki Canpolad Daanov Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq şöbəsinin rəisi vəzifəsindən azad olunaraq DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib.
Qeyd edək ki, DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin əvvəlki rəis müavini Teymur Hacıyev vəzifəsindən azad edilərək Zərdab Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin olunub. (report)
Sfera.az