No Image
No Image

Ramazanda mədəaltı vəzi və həzm üçün - Lazımlı qidalar

Ramazanda mədəaltı vəzi və həzm üçün - Lazımlı qidalar
Ramazanda ac qalmaq mədəaltı vəz üçün nə qədər faydalıdırsa, axşam və səhər tezdən çox yemək və vaxtszı yemək bir o qədər təhlükəlidir. Həzm sistemi ilboyu düzgün işləməyən insanlarda orucluq zamanı bu problem daha da kəskinləşdirə bilər.

Sfera.az həzm və hormonal funksiyaları idarə edən mədəaltı vəzinin yaxşı işləməsi üçün onun sevdiyi qidaların siyahısını təqdim edir.
Çalışın məhz bu ərzaqlardan ay ərzində bir neçə dəfə qəbul edəsiz.

1.Brokkoli

Tərkibində olan apiqenin mədəaltı vəzin toxumasını, divarını patogen təsirlərdən qoruyur. Yaxşı olar ki, brokkolini ya buxarda bişirib, ya da şirəsini çiy halda içəsiz.

2.İspanaq

Mədəaltı vəzi bədxasəlli şiş hüceyrələrdən qoruyur.

3.Yoqurt

İmmun sistemi möhkəmləndirən probiotikdir, mədə-bağırsaq sistemin işini yaxşılaşdırır. Mədəaltı vəz üçün az yağlı, qatqısız, rəngsiz, təbii yoqurtlar seçin.

4.Balqabaq

Duz turşularını neytrallaşdırır, tərkibində karotin, kaliy, B qrup vitaminləri, dəmir, maqniy mədəaltı vəzi üçün dərmandır. Pankreatit xəstəliyi olanlar balqabaq şirəsi içsin.

5.Batat (şirin kartof)

Yer kartofu, qırmızı kartofa bənzər bu tərəvəz satışda olur. Formasına görə mədəaltı vəzini də xatırladır. Vəzi artıq yükdən azad edir.

6.Topinambur

Bizdə dombalan deyilir. Zəncəfil kökünə bənzəyir. Şirin kartof kimi dadı var. Maddələr mübadiləsini normallaşdırır, mədəaltı vəzi iltihabını azaldır. Şəkərli diabetin yaranmasına qarşıdır, aterosklerozun qarşısını alır.

7.Qarağat

Şəkərli diabet xəstələri üçün əvəzsizdir. Çünki mədəaltı vəzin işini stimullaşdırır. Əgər il ərzində çox miqdarda qarağat qəbul etsəz, qaraciyər, öd, mədəaltı vəz problemlərindən qurtula bilərsiz.

8.Qarabaşaq

Mədəaltı vəzi toksinlərdən təmizləyir, pankreatiti müalicə edir. Amma qarabaşağı yağsız, duzsuz qəbul etmək lazımdır.

9.Qırmızı üzüm

Güclü antioksidantdır, sərbəst radikalları zərərsizləşdirir. Iltihabı azaldır. Mədəaltı vəzin xərçəngində sağlam hüceyrələrin ölüm faizini azaldır.

10.Biyan kökü

Bu möcüzəvi dərman bitkisi çox xəstəliklərdə müalicə edir.Dəmləməsi iltihab əleyhinədir, ağrı, ödemi azaldır, pankreatiti zəiflədir. Gündə 2 fincan içmək lazımdır.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Koronaya dərmandır: Eşidən-bilən ora qaçır

Dəvə südünün koronavirusa qarşı güclü qoruyucu olduğunu eşidən-bilən bu neməti əldə etməyə çalışır. Dənizlinin Sarayköy bölgəsi dəvə sürülərinin saxlandığ...

Virusdan sağalanlar üçün mühüm tövsiyə: Bu əlamətləriniz qalıbsa...

Koronavirusu keçirən insanlarda bəzi əlamətlər qala bilər. Buna post-COVID sindromu deyilir. Yəni qalan əlamətlər koronavirusdan sonrakı dövrün əlamətləridir. A...

Peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda bu gün 18 339 nəfər vaksinasiya olunub. Sfera.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Gün ər...

Koronavirusa yoluxma sayında artım, 15 nəfər öldü

Azərbaycanda bu gün koronavirus infeksiyasına 514 yeni yoluxma faktı qeydə alınıb, 1306 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Sf...

“Sputnik V”in növbəti partiyası Azərbaycana nə vaxt gətiriləcək? - LAVROV TARİXİ AÇIQLADI

Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov koronavirus əleyhinə "Sputnik V” vaksininin ikinci partiyasının Azərbaycana gətiriləcəyi vaxtı açıqlayı...

"CoronaVAC peyvəndi vurduranlar bu halda Astrazeneca vaksinindən istifadə edə bilər" - Həkimdən AÇIQLAMA

Məlum olduğu kimi artıq bir müddətdir ki, ölkə üzrə koronavirus əleyhinə "Vaxzevria" vaksini tətbiq edilir. Bundan əvvəl isə vətəndaşlara "CoronaVAC"...