No Image
No Image

Ramazan sovqatı gətirdiklərini deyərək yaşlı qadının evini soydular - VİDEO

Ramazan sovqatı gətirdiklərini deyərək yaşlı qadının evini soydular - VİDEO
Paytaxtın Nizami rayonu ərazisində yerləşən evlərdən birində qadına qarşı quldurluq edilib.

Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Zərərçəkən şəxs Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə müraciət edərək bildirib ki, 26 aprel 2021-ci il tarixində yaşadığı mənzildə tək olan zaman bir nəfər qadın mənzilin qapısını döyərək qonşu olduğunu və onlara Ramazan ayı münasibəti ilə sovqat gətirdiyini qeyd edib.

Ev sahibi qapını açandan dərhal sonra pusquda dayanan 2 nəfər naməlum şəxs mənzilə daxil olublar. Həmin şəxslər zərərçəkənin burun nahiyəsinə yumruqla zərbə endirərək əllərində olan bıçaqla həyat sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi ilə hədələyib pul və qızıl-zinət əşyaları tələb ediblər. Qadın evdə pul olmadığını bildirəndən sonra isə həmin şəxslər evdən dəyəri 1000 manat olan qızl-zinət əşyaları götürərək hadisə yerindən qaçıblar.

Məlumat daxil olan kimi Nizami Rayon Polis İdarəsinin və 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. Evin yerləşdiyi ünvanda zəruri əməliyyat-istintaq hərəkətləri icra edilib. Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən şəxlərdən ikisi - Abşeron rayonunda yaşayan Kənan Müzəffərli və Dilbər Hacıyeva saxlanılıblar.

Cinayətdə iştirak edən digər iki nəfərin şəxsiyyətinin müəyyən edilərək saxlanılması istiqamətində isə hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Araşdırma zamanı müəyyən edilib ki, dəstə üzvləri hadisə yerinə Kənan Müzəffərlinin avtomobili ilə gediblər. O, yolda müşahidə kameralarından yayınmaq üçün idarə etdiyi avtomobilin 90-PZ-465 dövlət qeydiyyat nişanındakı "P” hərfini xüsusi vasitələrlə "R” ilə əvəzləyib.

Dilbər Hacıyeva isə ilkin ifadəsində hadisədən əvvəl həm ev sahibini qapını açmağa inandırmaq, həm də ki, kameralardan yayınmaq üçün baş örtüyündən istifadə etdiyini bildirib.

Dəstə üzvlərinin qeyd edilən mənzilin yerləşdiyi binaya daxil olmaları və hadisə yerindən yayınmaları orada olan kameralar vasitəsi ilə də lentə alınıb.

Hadisə ilə əlaqədar 25-ci Polis Şöbəsində toplanan materiallar araşdırılması üçün Nizami Rayon Polis İdarəsinə göndərilib. Fakta bağlı Cinayət Məcəlləsinin 181-ci (Quldurluq) maddəsinin bir neçə bəndi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

10 yaşlı Nərmini öldürməkdə təqsirləndirilən İlkinin məhkəmədən FOTOSU YAYILDI

Ötən ilin yanvar ayında Tovuz rayonunda yandırılmış meyiti tapılan 10 yaşlı Nərmin Quliyevanı öldürməkdə təqsirləndirilən İlkin Süleymanovun ilk məhkəmə ic...

Rasim Məmmədovun bacanağı intihar etdi

Bir müddət öncə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilən "Baku Steel Company” MMC-nin direktoru olmuş Rasim Məmmədovun bacanağı Elşən Rəhimov intiha...

Bakıda 18 yaşlı dizayneri işdə tok vurub öldürdü

Mayın 17-də saat 13 radələrində paytaxtın Nərimanov rayonu ərazisində Vahidli Fuad Vüqar oğlunun elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon ...

2 000-dən çox məhkum cəzadan tamamilə azad edilib

Ötən il cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı Azərbaycanda cəzadan tamamilə azad edilən məhkumların sayı açıqlanıb. Sfera.az-ın xəbərinə görə, ədl...

"İdeal”ın keçmiş sahibinin məhkəməsi təxirə salındı

Bakı Ağır Cinayətlər Məhkəməsində "İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Sfera.az-ın-ın ...

Tesla parkı ərazisində intihar edən gəncin FOTOsu

 Bakıda 27 yaşlı kişi parkda Nikola Teslanın heykəlindən özünü asaraq intihar edib. Sfera.az bildirir ki, mayın 17-də saat 11 radələrində paytaxtın Nərim...