“Rahat Market” pişiyə işgəncə verilməsi iddialarına videogörüntülərlə aydınlıq gətirdi

“Rahat Market” pişiyə işgəncə verilməsi iddialarına videogörüntülərlə aydınlıq gətirdi
 Sosial Şəbəkələrdə "Rahat Market”in Nərimanov rayonu Faiq Yusifov küçəsində yerləşən filalında çəkilən görüntülərdə guya market əməkdaşları tərəfindən bir pişiyin dəfələrlə azdırılması və döyülüb öldürülməsi ilə bağlı yanlış informasiyalar yayılır.

"Rahat Market”-dən Sfera.az-a bildirilib ki, yayılan məlumatlara görə guya pişik mağazaya buraxılmayıb və əməkdaşlar tərəfindən pişiyə təzyiq göstərilib. Həmin görüntüləri araşdırıb iddiaların tamamilə əsassız olduğuna dair video təqdim olunub:

 
"Pişik vəziyyəti pis halda anbarımıza yaxınlaşır və heç kim ona heç nə etmir. Pişiyin narahatlığını görən heyvansevər əməkdaşımız Rəsulova Aytac onu götürərək Fətəli Xan Xoyski küçəsində yerləşən baytar müayinəsinə aparıb. Baytar müayinəsindən sonra məlum olub ki, pişik hamilədir və doğum vaxtıdır, bununla əlaqədar vəziyyəti pisdir. Pişiyə sistem vurulub və lazimi tibbi yardım göstərilib. Lakin pişiyin həyatını qurtarmaq mümkün olmayıb”.

Həmin pişiyin həkim müayinəsi zamanı və sistem altında olan görüntülərini təqdim edirik.

 
Foto və videodan göründüyü kimi pişik "Rahat Market” əməkdaşı tərəfindən həqiqətən də həkimə aparılır. Nəinki pişiyə şiddət olunduğu, əksinə qayğı göstərildiyi video və şəkillərdən aydın görünür.

Təəssüf ki, heyvanın həyatını xilas etmək mümkün olmayıb. Bu zaman pişiyin ölüsünü məcbur həkimdən alan şəxs onu müxtəlif variantlarda çəkərək sosial şəbəkələrdə həqiqətə uyğun olmayan başlıqlarla, əsassız iddialarla təqdim edib.
 
 
"RahatMarket” bundan sonra da heyvanlara qayğı göstəriləcəyini vurğulayıb:

"Müştərilərimizin məmnuniyyəti ilə yanaşı digər canlı dostlarımızı da daim diqqətimizdə saxlayıb onlara xüsusi qayğı ilə yanaşmışıq. Eyni zamanda, sosial şəbəkə səhifələrimizi daimi izləyən izləyicilərimiz də digər canlı dostlarımıza olan sevgi və qayğımızı görə bilərlər”.
 


OXŞAR XƏBƏRLƏR