Raffle Tower- MDB ölkələri arasında ilk 5 ulduz premium layihə öz ecazkarlığı ilə zövqləri oxşayır

Raffle Tower- MDB ölkələri arasında ilk 5 ulduz premium layihə öz ecazkarlığı ilə zövqləri oxşayır
 

Raffle Tower Azərbaycanda bir ilk olan 5 ulduz premium yaşayış layihəsini ictimaiyyətə təqdim edir. Layihənin modern üslublu arxitekturasının müəllifimühəndis dizaynı sahəsində ixtisaslaşmış və dünyanın 175-dən çox ölkəsində gözəl təsir bağışlayan silsilə layihələr həyata keçirən Böyük Britaniyanın "Atkins" şirkətidir.

XXl əsrin gündəlik tələbatlarına uyğun olaraq layihələndirilmiş bu premium yaşayış kompleksi dəniz səviyyəsindən 30 metr hündürlükdə, 20 mərtəbəli yaşayış kvartallarından ibarət və tikili sıxlığı aşağı olan Bakı Ağ Şəhərin Park rayonunda Mərkəzi Bulvar küçəsinin üzərində yerləşir. Dənizə açılan möhtəşəm mənzərə ilə xəyallarınızdakı ecazkarlığı reallığa çevirə biləcəksiniz.

Ağ Şəhərin ab-havası Raffle Tower kompleksinin yüksək keyfiyyətli sürətli liftləri,geniş qəbul lobbisi,reseption xidməti, konsyerj xidməti ilə mükəmməl vəhdət təşkil edir. Bundan əlavə kompleksdə mənzil təmizlik xidməti, 24 saat otaq servisi, açıq və qapalı hovuz , fitnes və SPA xidmətləri, müxtəlif mətbəxli restoranlar, konfrans otaqları, camaşırxana, bağça və dayə xidməti də mövcuddur. 3300m-lik iki qapalı park sahəsi, iki mərtəbəli yeraltı avtomobil dayanacağı, sürücülər üçün gözləmə otağı, avtoyuma xidməti, müxtəlif mağazalar, investorlar üçün zəmanətli kirayə, 24 saat fasiləsiz mühafizə sistemi ilə özünüzü tam rahat və güvəndə hiss edəcəksiniz. Raffle Tower layihəsinin əvəzolunmazı "Smart Building”- ağıllı bina sistemi də kompleksdə yaşayan insanların komfortu üçün yaradılmış üstünlüklərdəndir.

 

Azərbaycanda ilk dəfə olaraq 5 ulduzlu Raffle Tower yaşayış kompleksində sakinlərin heç bir əlavə vasitə olmadan binaya daxil ola bilmələri üçün quraşdırılan üz tanıma sistemi rahatlığın zəmanətidir.

Nəzərinizə çatdıraq ki, Raffle Tower Azərbaycanda yaradılan ilk 5 ulduzlu klass layihə olmaqla yanaşı, MDB ölkələri arasında da ilk 5 ulduzlu Premium konsepsiyadır.

Qeyd etmək lazımdır ki, sözü gedən yaşayış kompleksinin tikintisinə 2019-cu ilin iyul ayında başlanılıb. Möhtəşəmliyi, premium rahatlığı və digər üstünlükləri özündə cəmləşdirən 5 ulduzlu Raffle Tower kompleksi 2021-ci ilin dekabrında sakinlərə təhvil veriləcək.


OXŞAR XƏBƏRLƏR

Azərbaycan - Rusiya əməkdaşlığı üçüncü tərəfə qarşı yönəlməyib - Millət vəkili yazır…

Bir neçə gün öncə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya işgüzar səfəri bir çox ölkələrin, o cümlədən Ermənistanın mediasında geniş şərh olundu. Əslində ...

Prezidentdən Allahverən İsmayılov ilə bağlı SƏRƏNCAM

Allahverən İsmayılov “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.   Sfera.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərə...

Bank BTB-də nə baş verir? Rəhbər işçilər bir-bir bankı tərk edir

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir.    Sfera.az xəbər verir ki, “Yeni Sabah”ın məlumatına görə, bu dəf...

Macarıstan XİN rəhbəri Azərbaycana GƏLƏCƏK

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto bu gün Azərbaycana gəlir.   Sfera.az xəbər verir ki, Peter Siyarto Bakıda bir sıra görüşlər...

Qısa müddətdə aliment təyin etdirmək olarmı? - Vəkildən AÇIQLAMA

Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə qurmuş şəxslər arasında əgər münaqişə baş verirsə, onlar...

Bakıda məktəbdə yanğın oldu, 3 nəfər tüstüdən ZƏHƏRLƏNDİ

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 10:52 radələrində Yasamal rayonu, 153 saylı məktəbin kitabxanasında yanğın baş verməsi səbəbilə ...