Sabiq deputat Rafael Cəbrayılov vəfat etdi

Sabiq deputat Rafael Cəbrayılov vəfat etdi

Həbsdə olan sabiq deputat Rafael Cəbrayılov vəfat edib.

Sfera.az xəbər verir ki, R.Cəbrayılov koronavirusdan dünyasını dəyişib.

Məlumata görə, bu gün sabiq deputatın məhkəməsi olacaqmış.

Qeyd edək ki, Azərbaycan Respublikası Milli Məclisinin III, IV və V çağırış deputatı olmuş Cəbrayılov Rafael Kamil oğlunun öz qulluq mövqeyindən istifadə edərək külli miqdarda ziyan vurmaqla dələduzluq törətməsi və digər faktlar üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

Aparılan ibtidai istintaq zamanı Rafael Cəbrayılovun həmin vəzifədə olarkən qardaşı Cəbrayılov Rauf Kamil oğlu tərəfindən Bakı şəhər sakininə satılan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə küçəsində yerləşən 2 hektar torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın əldə edilməsində köməklik göstərilməsi ilə əlaqədar ona müraciət etmiş vətəndaşa bu barədə yalandan vəd edərək, həmin adla sözügedən vətəndaşdan 240 min manat məbləğində pul vəsaitini alıb, şəxsi ehtiyaclarına sərf etməsinə və bununla da vətəndaşa külli miqdarda ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən qanunsuz hərəkətləri ilə Rafael Cəbrayılovun deputatların fəaliyyətinin tənzimlənməsi sahəsində qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən vəzifələrini yerinə yetirməli olduğu halda öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirməsinə dair əldə edilmiş kifayət qədər sübutlarla əsaslar müəyyən olunduğundan ona Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Onu da qeyd edək ki, R.Cəbrayılov borcu vəd etdiyi vaxtında qaytara bilməsi üçün zəmanət kimi III və IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin Deputatının vəsiqəsinin əslini girov qoymuşdu.

 

(olke.az)

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Müdafiə Nazirliyi təsdiqlədi: 60-a yaxın erməni hərbçisi mühasirəyə alınıb

Ermənistan tərəfi Ermənistan-Azərbaycan dövlət sərhədinin Laçın rayonu sahəsində növbəti dəfə təxribat törətməyə cəhd göstərib. Sfera.az xəbər verir ki, b...

Bakıdan “Kayrat” komandasını aparan təyyarə qəzaya uğradı - Video

Qazaxıstanın "Kayrat" komandasını Bakıdan aparan təyyarə qəzaya uğrayıb. Sfera.az  sports.ru-ya istinadən xəbər verir ki, fövqəladə hadisə Almatı bey...

Bakıda dəhşətli QƏZA: 10-a yaxın ölü, 20 yaralı + YENİLƏNİB

Hava limanı-Mərdəkan yolunun Suraxanı dairəsi adlanan hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Bakı Nəqliyyat Agentliyindən Sfera.az-a veri...

Sabiq deputat Rafael Cəbrayılov vəfat etdi

Həbsdə olan sabiq deputat Rafael Cəbrayılov vəfat edib. Sfera.az xəbər verir ki, R.Cəbrayılov koronavirusdan dünyasını dəyişib. Məlumata görə, bu gün sabiq de...

Ermənistan silahlı qüvvələri Azərbaycan mövqelərini atəşə tutdu

Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 17-si saat 21:55-dən avqustun 18-i 01:00-dək fasilələrlə Basarkeçər rayonunun Basarkeçər və Şişqaya yaşayış m...

Ermənilər yenə Naxçıvanı atəşə tutdu

İyulun 19-u saat 17:00-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək ...