Rafael Cəbrayılov deputat mandatını girov qoyaraq borc alıb – ŞOK TƏFƏRRÜAT

Rafael Cəbrayılov deputat mandatını girov qoyaraq borc alıb – ŞOK TƏFƏRRÜAT
 

Milli Məclisin deputatı, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin üzvü Rafael Cəbrayılov deputat vəsiqəsini borca görə girov qoyub. 

Bu barədə Abşeron Rayon Məhkəməsinin qətnaməsində qeyd edilib. 

Qətnamədən aydın olur ki, Rəfael Cəbrayılov Təranə Fətəliyeva adlı vətəndaşdan ev tikmək üçün notariat qaydasında təsdiq olunmuş şəkildə 9 sentyabr 2015-ci il tarixdə 300 min ABŞ dolları məbləğində borc alıb. 

Lakin deputat borcu vaxtında ödəyə bilməyib. O, borcu vəd etdiyi vaxt qaytara bilməsi üçün zəmanət kimi III və IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin Deputatının vəsiqəsinin əslini girov qoyub.

Rəfael Cəbrayılov vədinə əməl etmədiyi üçün Təranə Fətəliyeva Abşeron Rayon Məhkəməsinə müraciət edib.

Məhkəmə iddiaçının xeyrinə 15 fevral 2019-cu ildə qiyabi qətnamə qəbul edib.

Rəfael Cəbrayılov məhkəmənin qərarı ilə razılaşmayaraq, apelyasiya şikayəti verib. Apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

"Yeni Sabah” məsələ ilə bağlı verən Təranə Fətəliyeva ilə əlaqə saxlayaraq təfərrüatları öyrənib.  İddiaçı deyib ki, onun deputatla qohumluq münasibətləri var. Təranə Fətəliyeva həmçinin qeyd edib ki, 300 min ABŞ dolları tək onun deyil:

"Biz Binəqədidə ev almışdıq. Rəfael Cəbrayılov dedi ki, həmin evləri satın, pulunu verin mənə. Tikinti biznesilə məşğul olduğunu deyərək bizi də bu işə cəlb etmək istədiyini dedi. Biz də evləri satdıq, qardaşım iki qarajını satdı, bir neçə nəfərdən pul toplayıb verdik Rəfael Cəbrayılova. O, Binəqədidə Gənclər Şəhərciyində binalar tikirdi. Qardaşı da onunla bu biznesə şərikdir. Biz buna görə inandıq. 

Lakin sonradan bizə məlum oldu ki, o bizi aldadıb. Həmçinin borcu almaq üçün onun qapısına gedəndə gördüm ki, bizim kimi başqa adamlar da var”.

Onun sözlərinə görə, Rəfael Cəbrayılov yaxın qohumundan da 300 min manat alıb. Həmin pul da indiyə qədər qaytarılmayıb. "Borc üçün gedəndə bizi təhqir edir. Ölkə rəhbərliyinin adını hallandırır. Deyir evləri onlara vermişəm, gedin onlardan tələb edin. Biz deyirik axı pulu sənə vermişik. Neçə nəfər adam böyük məbləğlərdə pul verib ona. O, isə deyir mən 3 milyon verib deputat olmuşam, siz mənim karyerama zərbə vurursunuz”,- deyə Təranə Fətəliyeva bildirib.  

İddiaçı Rəfael Cəbrayılovun deputat vəsiqəsini girov qoymasından da danışıb: "Vəsiqənin biri məndə, biri də rəfiqəmdədir. III və IV çağırışı deputat vəsiqələrinin əslidir. Vəsiqələri zəmanət kimi qoymuşdu”.

yenisabah.az

OXŞAR XƏBƏRLƏR

Zakir Həsənov Sergey Şoyqu ilə telefon danışığının detallarını açıqladı

"Aprel müharibəsinin ilk 3 günündə Azərbaycan Ordusu azsaylı heyətlə Ermənistan ordusunu darmadağın etdi”. "Report” xəbər verir ki, bunu Müdafiə naziri general...

“Kişilər öpüşməsin” – Vitse-spiker

"Bizim toxunulmazlıq hüququmuz var, ancaq koronavirusdan toxulumazlıq səlahiyyətimiz yoxdur”. Sfera.az xəbər verir ki, bu sözləri Milli Məclisin vitse-spikeri ...

"Koronovirusdan ölənlərin sayı qripdən ölənlərin sayından çox deyil" - Həkim təşvişə əsas görmür

Tanınmış həkim-psixoterapevt, əvvəllər AzTV telekanalında "Ailə həkimi" verilişinin aparıcısı olmuş Əli Nağıyev koronavirusla bağlı vacib açıqlama ilə çıxış edi...

DİN-dən Zərdab rayonundakı insidentlə bağlı AÇIQLAMA

  Daxili İşlər Nazirliyi Zərdab rayonunun Çallı kəndində baş verən etiraz aksiyasına münasibət bildirib. DİN-nin Mətbuat Xidmətinin Bərdə regional qrupun...

ATƏT PA-nın müşahidəçiləri - “Milli Məclisə seçkilər yaxşı təşkil olunub”

Milli Məclisə seçkilər yaxşı təşkil olunub, seçicilərin sərbəst səs vermələri üçün lazımi şərait yaradılıb. "Sfera.az” AZƏRTAC-a istinadən xəbər verir ki, bu sö...

Salyanda polis qıza təcavüz edibmi? — Rəsmi açıqlama

Sfera.az Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidovun "Report"a müsahibəsini təqdim edir: - Son günlər ölkə mətbuatının...