Rafael Ağayev Olimpiadaya vəsiqə qazandı - FOTO

Rafael Ağayev Olimpiadaya vəsiqə qazandı - FOTO
 

Azərbaycanlı karateçi Rafael Ağayev Tokio 2020 Yay Olimpiya Oyunlarına vəsiqəni təmin edib.

Sfera.az xəbər verir ki, o, Avstriyanın Zalsburq şəhərində keçirilən Premyer Liqa yarışında medal qazana bilməsə də, keçirdiyi iki görüşdə qazandığı qələbə (və bir tur azad olunmaya görə də qələbə hesablanır – S.M.) idmançımıza Tokio Olimpiadasında iştirak etmək üçün imkan yaradıb.

Hazırda 75 kq çəki dərəcəsi üzrə Olimpiya reytinqində 6795 xalla üçüncü sırada olan Rafael Ağayevə Zalsburqdakı yarışda finala çıxmış ukraynalı Stanislav Qorunanın çatması mümkünsüzdür. 4957,5 xalla altıncı sırada olan II Avropa Oyunlarının qalibi Zalsburqda, həmçinin bundan sonrakı yarışlarda (Rabat Premyer Liqası və Bakıda keçiriləcək Avropa çempionatı) qızıl medal qazansa belə, Rafaeli keçə bilməyəcək.

(oxu.az)


OXŞAR XƏBƏRLƏR