Radikal dini cərəyanlarla bağlı layihə ölkədə böyük rezonans doğurub

Radikal dini cərəyanlarla bağlı layihə ölkədə böyük rezonans doğurub
"Qadın Liderliyi Uğrunda" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Qadınların radikal dini cərəyanlar barədə maarifləndirilməsi mövzusunda tədbirlərin təşkili" layihəsinə yekun vurub.

İctimai Birlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, layihə çərçivəsində Bakı və Gəncə şəhərlərində, eləcə də Abşeron rayonunda "Radikal dini cərəyanlar: Qadınları onların təsirlərindən necə qorumalı?" mövzusunda ictimai müzakirələr keçirilib. Bu müzakirələrdə hədəf qrupunda olan qadınlar, eləcə də, ölkə ictimaiyyətinin nüfuzlu nümayəndələri, dövlət və dini qurumların təmsilçiləri, millət vəkilləri, QHT rəhbərləri, jurnalistlər və digərləri iştirak edib. Tədbirlərdə layihənin ekspertləri auditoriya ilə ölkəmizin milli təhlükəsizliyinə təhdid olan radikal dini cərəyanlar və onların təsirlərindən qorunmaq istiqamətində maarifləndirici söhbətlər aparıblar. Bu tədbirlər auditoriyalarla interaktiv debatlar şəklində keçirilib. 

Layihə çərçivəsində mövzu ilə bağlı məktəblilər arasında inşa və rəsm müsabiqəsi keçirilib. Ümumilikdə müsabiqəyə respublikanın müxtəlif guşələrindən 52 şagird (34-ü inşa, 18-i isə rəsmlə) qatılıb. Onların müsabiqəyə təqdim etdiyi inşa və rəsmlər ekspertlər tərəfindən 10 ballıq sistem üzrə qiymətləndirilib. Ən çox bal toplayan dörd iştirakçı (2 nəfər inşa, 2 nəfər rəsm üzrə) müsabiqənin qalibi elan edilib. Onlara müvafiq diplom və hədiyyələr təqdim olunub.
Layihə çərçivəsində həmçinin "Qadınlar radikal dini cərəyanlara qarşı" adlı Facebook səhifəsi yaradılıb. Burada layihə ilə bağlı KİV-də əksini tapan məqalələr, eləcə də layihənin məqsədlərinə uyğun maarifləndirici materiallar yayımlanıb. Sosial şəbəkədə istifadəçiləri və KİV bu layihə çərçivəsində keçirilən tədbirlərə, yayılan materiallara böyük maraq göstərib. Bu tədbirlərdə səslənən fikir və təkliflər KİV və sosial mediada ətraflı işıqlandırılıb.

"Qadın Liderliyi Uğrunda" İctimai Birliyi "Qadınların radikal dini cərəyanlar barədə maarifləndirilməsi mövzusunda tədbirlərin təşkili" layihəsinə rəsmən yekun vurulduğunu, lakin ölkədə böyük rezonans doğurması səbəbindən təşkilatın bu istiqamətdə maarifləndirmə fəaliyyətini davam etdirəcəyini bəyan edib.

OXŞAR XƏBƏRLƏR

Zakir Həsənov da generalla bağlı başsağlığı verdi

 Müdafiə Nazirliyi general Çingiz Məmmədovun vəfatı ilə bağlı nekroloq yayıb. Sfera.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bağsağlığında de...

Azərbaycanda COVID-19-a daha 87 nəfər yoluxdu, 2 nəfər vəfat etdi

 Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 87 yeni yoluxma faktı qeydə alınıb, 308 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. ...

Sabahın havası açıqlandı

 Azərbaycanda avqustun 10-na olan hava proqnozu açıqlanıb.  Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, şimal-qərb kü...

Aysel yarım milyonluq toy etdi sonra boşandı

 400 min manatlıq toy etməsi ilə gündəmə gələn tanınmış bloger Aysel Şükürova ikinci dəfə boşanır. Sfera.az xəbər verir ki, A.Şükürova əri Oqtay Əhmə...

Millət vəkili onları “arxa cəbhənin qəhrəmanları” adlandırdı - FOTO

"Şəkillərdə gördüyünüz gəncləri müharibə şəraitində olan Vətənimizdə arxa cəbhənin qəhrəmanları saymaq olar. 35 könüllü gəncimiz çox nəcib işin altına giriblə...

Tanınmış şair Cəlal Qurbanov: “Sənin önündə əyilirəm Xanlar əmim”

Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış nəğməkar-şair Cəlal Qurbanov, bu gün dünyasını dəyişən əmisi SSRİ İdman ustası, Respublikanın Əməkdar Məşqçisi, B...