\"Rabitəbank\" sevgililər günü ilə əlaqədar iki kampaniya keçirir

\
 

"Rabitəbank” ASC sevgililər gününə özəl iki kampaniyaya start verir.

Bankdan "APA-Economics”ə verilən məlumata görə, bankın nağd pul məhsul faizinə tam 14% endirim tətbiq olunur. Müştərilər 15 000 manatadək, 36 ay müddətinə, zaminsiz 10 000 manat olmaqla nağd pul kreditinə sahib ola biləcəklər. Kampaniya 12, 13, 14 fevral tarixinədək keçərlidir.

Daha bir möhtəşəm imkan isə "Kartmane” kart sahiblərinə təklif edilir. 14 fevral sevgililər günü istənilən restoranda ümumi hesabın tam 10%-i "Kartmane” sahiblərinin hesabına geri qayıdacaq. Bu imkan 300 manata qədər olan bütün hesablara şamil edilir.

 

Bu unikal kart məhsuluna sahib olmaq və yaxud xüsusi endirimli nağd pul kampaniyasından yararlanmaq üçün, bankın filialları ilə yanaşı, rabitabank.com və yaxud "Facebook Messenger” və "Telegram”da "RabitaBot” vasitəsi ilə sifariş edə bilərlər. Həmçinin, bankın 24/7 Nəsimi filialında iş saatlarından sonra və qeyri-iş günləri də hər iki məhsulu əldə etmək mümkündür.

Xatırladaq ki, "Rabitəbank” 25 xidmət məntəqəsi və 68 ATM-ı, "Rabitəbank Mobile” adlı mobil tətbiqi və İnternet Bankinq, "RabitəBot” adlı çatbotu, 133 nömrəli məlumat mərkəzi ilə müştərilərin xidmətindədir.

 

 
 


OXŞAR XƏBƏRLƏR