\"Rabitəbank\" bu ilin I rübünü mənfəətlə başa vurub

\
 

"Rabitəbank" ASC bu ilin I rübünü 1,1 milyon manat mənfəətlə başa vurub.

Sfera.az  Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 65,3% azdır.

Yanvar-mart aylarında "Rabitəbank"ın gəlirləri 14,7 milyon manat (illik müqayisədə 21,3% az), xərcləri 10,5 milyon manat (18,1% çox), xüsusi ehtiyatlara ayırmaları isə 3,1 milyon manat (222,9 dəfə çox) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il aprelin 1-nə "Rabitəbank"ın aktivləri 709,1 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 1,2% azdır. Bunun 362 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 21% böyüyüb.

Hesabat dövründə "Rabitəbank"ın öhdəlikləri 2% azalaraq 612,1 milyon manata, o cümlədən depozit portfeli 10,1% azalaraq 463,239 milyon manata düşüb, balans kapitalı isə 4,1% artaraq 97 milyon manata çatıb.

Xatırladaq ki, "Rabitəbank” 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 101,3 milyon manatdır. Bankın səhmlərinin 40,6%-i Rauf Əliyevə ("Meqa Sığorta” ASC-nin 19%-lik səhmdarı), 30%-i Validə Abbasovaya, 1,48%-i Zakir Nuriyevə (Bankın Müşahidə Şurasının sədri), 9,11%-i Dilarə Nuriyevaya, 7,6%-i Seyran Nuriyevə (Bankın baş direktoru), 1,07%-i Aslan Xasiyevə (Bankın Müşahidə Şurasının üzvü), 0,14%-i isə 12 hüquqi şəxsə məxsusdur.


OXŞAR XƏBƏRLƏR