Quzey Kiprdə təyyarə qəzaya uğrayıb, 2 nəfər ölüb
17:30 / 29.10.2019
3049
Quzey Kipr Türk Respblikasında təlim təyyarəsinin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb.
Sfera.az xəbər verir ki, bunu Quzey Kipr Türk Respublikasının baş naziri Ersin Tatar bildirib.
"Gazimağusa rayonundakı Geçitkale hava limanı yaxınlığına təlim təyyarəsinin düşməsi nəticəsində 2 nəfər ölüb”, baş nazir bildirib.
O, ölənlərin yaxınlarına başsağlığı verib.