Qutunu açanda ölümcül infeksiyaya yoluxdu - FOTO

Qutunu açanda ölümcül infeksiyaya yoluxdu - FOTO

ABŞ-ın Havay ştatının sakini Hizer Harbottl əşyalarını yerləşdirdiyi qutunu açarkən əlini yaralayıb, nəticədə o, ölümcül infeksiyaya yoluxub.

Bu barədə "The Mirror” xəbər yayıb.

Hizer yeni evinə köçəndə qutunu açarkən əlini kəsib. Həmin vaxt o, buna əhəmiyyət verməyib. Amma səhəri gün əlində möhkəm ağrı ilə oyanıb. Onun barmağı iltihablanıb və şişib.

 

Harbottl xəstəxanaya yerləşdirilib. Məlum olub ki, o, bakterial stafilokok infeksiyasına yoluxub. Həkimlər ona nekrotik fastsiit – hüceyrələrin ölməsinə səbəb olan bakteriyal infeksiya diaqnozu qoyublar. Tibb işçilərinin proqnozu isə dəhşətli olub. Onlar bu infeksiyanın nəinki əlin amputasiyası, hətta ölümlə nəticələnə biləcəyini deyiblər.

Qadına uzunmüddətli müalicə təyin olunub. Lakin bütün müdaxilələrə baxmayaraq, infeksiya onun çiyninə qədər yayılıb. Qadının vəziyyəti ağırlaşdığından dəri transplantasiyası əməliyyatı icra edilib. Bundan sonra Harbottlun vəziyyəti düzəlməyə başlayıb.

Hazırda qadın əlinin fəaliyyətini bərpa etmək üçün terapiya ilə məşğul olur.

O həmçinin, ictimaiyyəti nekrotik fastsiit barədə məlumatlandırmağa çalışır. (oxu.az)

 


OXŞAR XƏBƏRLƏR

Xəzər dənizində süni torpaq sahələri ilə bağlı yeni qanun layihəsi TƏSDİQLƏNDİ

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda qəbul edilib.   Sfera.az-ın xəbərinə görə, Milli M...

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə YENİ HÜQUQ VERİLİR

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilir.   Sfera.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən onlyan iclasında m...

Donald Tramp: "Ukraynaya dəstək artırılmalıdır"

Ukraynaya dəstək artırılmalıdır.   Sfera.az xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb.  ...

"134 əməkdaşla 36 milyardlıq büdcənin auditini əhatə etmək qeyri-mümkündür" - Zahid Oruc

“Hesabata dair hər iki məruzəni yüksək qiymətləndiririk. Çünki obyektivliyə əsaslanır, xərclər barəsində parlament üzvlərində peşəkar rəy yaradır, başa dü...

Vaksinasiyadan kənarda qalan uşaqlara bağlı əmr İMZALANDI

Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq.   Sfera.az xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.   ...

“Kontakt”da 50%-dək endirimli “Sürpriiiiz” kampaniya var

“Kontakt” sərfəli təklif və şərtləri ilə öz alıcılarını bu dəfə bir başqa cür təəccübləndirir.   Bayram endirimləri bitsə də, şəbəkənin e...