QUŞÜZÜMÜ : Vərəm, oynaq, damar xəstəliklərinin dərmanı

QUŞÜZÜMÜ : Vərəm, oynaq, damar xəstəliklərinin dərmanı

Quşüzümü çox faydalı və müalicəvi xassələrə malikdir. Faydalı xassələrinin arasında C vitamininin yüksək miqdarı qeyd olunur. Tərkibində B qrupu vitaminləri, karotin və çoxlu faydalı minerallar, efir yağı var. Həmçinin dəmir, kalium, maqnezium, sink, bor, yod, mis, gümüş, manqan da yetərincədir.

Sfera.az medicina.az-a istinadən bildirir ki, tərkibindəki bioloji aktiv maddələrə görə quşüzümü yalnız qara qarağatla müqayisə oluna bilər. O, maddələr mübadiləsini normallaşdırır və müxtəlif xəstəliklərə qarşı orqanizmin müqavimətini gücləndirir.

Quşüzümünün müalicəvi təsiri

-Xalq arasında quşüzümü tənəffüs orqanlarının müalicəsində istifadə olunur. Hələ qədim zamanlardan quşüzümü şərbəti qızdırma müalicəsində istifadə edilib.

-Tərlədici və sidikqovucu vasitə kimi istifadə edilib. Bu tədqiqatlar sübut etmişdir ki, giləmeyvə antibiotiklərin təsirinibir neçə dəfəgücləndirməyə qadirdir. Bizim vaxtımızda bu xüsusilə vacibdir.

-Quşüzümü şirəsi zəhəri orqanizmdən çıxarmağa imkan verir. Damaq iltihabı, ağız boşluğu və digər xəstəliklərin dərmanıdır. Maraqlıdır ki, quşüzümünün istifadəsi zamanı böyrək və bağırsaq sisteminin fəaliyyəti yaxşılaşır.Quşüzümünün tərkibində sidik kisəsi infeksiyalarının qarşısını almağa kömək edən maddələr vardır.

-Təzə quşüzümü və quşüzümü şirəsi xolesterinin miqdarını normallaşdırır. Həmçinin, qan damarlarda qanın laxtalanmasının qarşısını alır. Quşüzümünündən müntəzəm istifadə damarların elastikliyini artır.

 

-Quşüzümü antioksidantlarla zəngindir, ona görə də keçmişdə onun gənclik giləmeyvəsi adlandırırdılar. Quşüzümünün şərbəti soyuqdəymənin müalicəsində əvəzsiz vasitədir.

-Vərəm, genekoloji xəstəliklər zamanı quşüzümünün şərbəti tövsiyə edilir.

-Anemiyanın müalicəsində quşüzümü şirəsi də faydalıdır. Şəkər xəstəliyində də istifadə etmək məsləhətlidir.

-O, mədəaltı vəzin funksiyasını stimullaşdırır. Quşüzümününün müalicəvi təsiri oynaq xəstəlikləri zamanı məlum olmuşdur.

Quşüzümünü qışın əvvəllərində, payızın sonunda istifadə etmək olar. Onu uzun müddət saxlamaq olar və bu qiymətli giləmeyvə ilin ən soyuq zamanı zəruri minerallarla və vitaminlərlə orqanizmi zənginləşdirməyə qadirdir. Quşüzümü uşaqlara çox faydalıdır. O, immuniteti artırır, iştahı yaxşılaşdırır. Bu isə çox faydalıdır. Quşüzümünün şərbətini içmək insana gümrahlıq verir, yorğunluğu azaldır, bu zaman fəallıq və işgüzarlıq artır.


OXŞAR XƏBƏRLƏR