No Image
No Image

Qürurverici HAL: Türkiyə ordusu dünyada 4-cü yerə çıxdı - Detallar

Qürurverici HAL: Türkiyə ordusu dünyada 4-cü yerə çıxdı - Detallar
Türkiyə dünyanın aparıcı silah və hərbi texnologiya istehsalçıları arasında artıq 4-cü yeri tutur.

"Yeni Gündəm” Türkiyə Ordusununun malik olduğu  üstünlüyü açıqlayıb.

1. Türkiyə bu gündən etibarən ballistik raket istehsalına hazırdır. Yəni qardaş ölkə üçün qitələrarası ballistik raketlərin seriya istehsalına başlamaq artıq rutin prosesdir.
2.  Türkiyənin "bordo bereli”lərinin, yəni xüsusi təyinatlı qüvvələrinin əsas antisnayper tüfəngi "İstiqlal” oldu
3. Türkiyənin "Aselsan” və "Raketsan” korporasiyaları artıq dünyanın ən innovativ, qüdrətli hərbi şirkətlərinin reytinqində ilk beşlikdədir.
4. Türkiyə kosmosa peyk və yük çıxara biləcək ilk milli raketini 5 il sonra istifadəyə verəcək.
6. Bildiyiniz kimi, ABŞ Türkiyəyə F-35 qırıcılarını satmaqdan imtina etdi. Olsun. Türkiyənin "Turkish Aerospace Industries” (TAI) korporasiyası 5-ci, yəni ən son nəsil qırıcı olan TF-X ilə bağlı işləri başa vurmaqdadır. Bu layihədə Türkiyəyə Britaniyanın "BAE Systems” hərbi-sənaye nəhəngi dəstək verir. Layihə Britaniyanın ən son nəsil qırıcısı olacaq "Tempest” çərçivəsində birgə reallaşdırılır.
7. Türkiyə "hava-hava” raketləri ilə təchiz olunmuş PUA istehsalına başlayır. Bu PUA-lar qırıcıları, bombardmançı təyyarələri və helikopterləri, habelə nəqliyyat təyyarələrini asanlıqla vura biləcək.
8. "Bayraktar” və "Anka” PUA-ları üçün yerli PD-170 mühərrikinin istehsalına başlanıb.
9. Türkiyədə "Ar-Ge” proqramı çərçivəsində "Süngür”, "Hisar”, "Atmaca”, "Boztuğ” və "Göktuğ” kimi yeni "hava-hava”, "hava-dəniz” və "quru-dəniz” raketləri seriya istehsalına hazırdır.
10. Türkiyə milli hava hücumundan müdafiə sistemi ilə bağlı işləri başa vurmaq üzrədir.
11. Türkiyə hazırda dünyada mövcud olan istənilən hava hücumundan müdafiə sistemini yara bilən anti-radar, anti-RLS (radiolokasiya stansiyası) və anti-raket tipli raketlərin istehsalına başlayır. Həmin raketlərin bir qismini radarlardan asanlıqla yayına biləcək PUA-lar daşıyacaq.
12. Türkiyə ABŞ-dan sonra dünyada ikinci dövlət olacaq ki, dəyəri 120 milyon dollardan artıq nəhəng döyüş-kəşfiyyat PUA-sı istehsal edəcək. Bu PUA səmada eyni zamanda düşmənin 6 qırıcı təyyarəsinə qarşı mübarizə apara biləcək.
Və ən nəhayət, ABŞ, İsrail və Çindən sonra Türkiyə dünyada 4-cü dövlətdir ki, hərbi əməliyyatların süni intellektlə idarə olunması sistemini hazırlayır.

Turan Bank
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Sabah Çindən Türkiyəyə “CoronaVac" vaksininin növbəti partiyası gətiriləcək

Sabah səhər saatlarında yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirləri çərçivəsində ikinci partiya (10 milyon doza) vaksinin birinci hissəsi Çindən Türki...

Azərbaycanlı dənizçinin öldürüldüyü gəmi Qabonun limanında lövbər salıb

Ötən gün Nigeriya sahillərində dəniz quldurlarının hücumuna məruz qalmış "Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmi bu gün Qabon...

Moskvada keçirilən aksiyalarda 10-dan çox insan xəsarət alıb

Polis şənbə günü Moskvada razılaşdırılmamış aksiyada xəsarət almış 10-dan artıq şəxsin tibbi yardım üçün müraciətləri üzrə yoxlama aparır. Sfera.az xəbər ...

Türkiyədə zəlzələ oldu

Türkiyədə zəlzələ qeydə alınıb. Sfera.az xəbər verir ki, məlumatı ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb. Məlumata görə, yeraltı...

ABŞ hərbi gəmisi Qara dənizə daxil oldu

ABŞ-ın Hərbi Dəniz Qüvvələrinə məxsus mina və raket daşıyan 4-cü nəsil silahlanmaya məxsus "Donald Kuk” (Donald Cook DDG-75) hərbi gəmisi Qara dənizə daxil ol...

Çinin paytaxtında HAVA FƏLAKƏTİ

Çinin paytaxtı Pekində havanın çirkliliyi Ümumdünya Səhiyyə Təşkilatının standarlarından 8 dəfə çoxdur. Sfera.az xəbər verir ki, bu barədə Pekin Ətraf Müh...