Qürurumuzla oynamayın!

Qürurumuzla oynamayın!
44 günlük Vətən Müharibəsində müzəffər Ordumuzun, qəhrəman əsgər və zabitrlərimizin şücaətini əks etdirən videopaylaşımları internet məkanında izlədikcə, hər birimiz qürur hissi yaşayırıq.

Şəhidlərimizin valideynlərinin, doğmalarının məğrur duruşu, Vətən sağ olsun deyərək özlərinin xalqımıza səbr diləmələri bir daha bütün dünyaya sübut edir ki, Azərbaycan məğrur, qürurlu, nəcib və alicənab insanların Vətənidir. Əzalarını itirən qazilərimizin Azərbaycana, Xalqımıza, Dövlətimizə, Qarabağa qurbandır kəlmələri Milli Qürurun bu igidlərimiz üçün əməldə kəsb etdiyi ali əhəmiyyətin ifadəsidir.

Guya demokratik dəyərləri hər şeydən üstün tutduqlarını bəyan edən, əslində isə dini və etnik ayrı-seçkiliyin təşviqi ilə məşğul olan, islamofobiya və türkfobiyadan əziyyət çəkən dövlətlərin "siyasi elitaları”, ayılın! Nəhayət, Azərbaycan insanının yaşadığı bu hisslərin arxasında hansı ali dəyərlərin dayandığını dərk etməyə çalışın. Anlayın ki, yalnız haqq savaşına çıxan bir xalq şəhid verməyə, övladları əzalarını itirməyə ruhən hazır ola bilər. Sizlər də haqq savaşına çıxmış olsaydınız, heç olmazsa, haqlının yanında dayansaydınız, eyni hissi duya bilərdiniz. Belə olsaydı, ən azından dildə bəyan etdiyiniz demokratik dəyərlərə bugünkü haqsız əməllərinizlə kölgə salmaq yolunu seçməzdiniz. Nə qədər gec deyil, ayılın! Azərbaycan xalqı ərazi bütövlüyünü və süverenliyini sual altına almaq cəhdlərinizi sizlərə bağışlamaz. Haqqa, tarixi ədalətə və beynəlxalq hüquqa zidd olan təşəbbüslərinizə dini təəssübkeşlik görüntüsü vermək cəhdiniz təkcə özünüz üçün deyil, bəşəriyyət və sivil dünya üçün ciddi təhlükədir. Bunu anlamaq, qırmızı xətti görə bilmək sizlər üçün bu qədərmi çətindir? Yaşadığınız cılız hisslərlə böyük dünyamızı istəsəniz də kiçildə, haqqımızı əlimizdən ala və qürurumuzla oynaya bilməzsiniz!

Bizlər üçün isə önəmli olan odur ki, 44 günlük Vətən Müharibəsində əldə etdiyimiz tarixi qələbə təkcə torpaqlarımızın işğaldan azad olunması ilə bağlı deyil. Böyük qələbələrimizdən biri də milli ruhumuza qovuşmağımızdır, Milli Qürurumuzu qoruya bilməyimizdir, bunun təməlində dayanan Ali Baş Komandan, Xalq və Ordu birliyidir.

Allah bütün Şəhidlərimizə rəhmət etsin, yaralı həmvətənlərimizə şəfa versin. Onların hər birinin valideynləri və doğmaları qarşısında baş əyirik. Bədxahlarımız bilsinlər ki, Şəhidlər ölmür, Vətən bölünmür!

Allah Prezidentimizə, Xalqımıza, müzəffər Ordumuza bundan sonra da yar olsun, Azərbaycanı sevənləri və ona xidmət edənləri qorusun!

Milli Məclisin deputatı                                                                          

Ülvi Quliyev

OXŞAR XƏBƏRLƏR

“Azərişıq” Şirvanda yenidənqurma işlərini davam etdirir - VİDEO

“Azərişıq” ASC bütün regionlarda yenidənqurma işlərini uğurla davam etdirir.   Sfera.az xəbər verir ki, investisiya layihəsi çərçivəsində...

Azərbaycan Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlim KEÇİRDİ - VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hərbi Hava Qüvvələri (HHQ) ilə ...

"Əli Kərimli və onun kimilərə mitinq keçirməyi tapşıranlar Azərbaycana zərbə vurmaq istəyir" - Millət vəkili

“Fransanın buradakı səfirini geri çağırmaqda məqsədi bizə qarşı olanlara pionerlik etməkdir”.  Sfera.az xəbər verir ki, bunu Milli Məclisi...

"İsrail İrana raket hücumu edəcəyini bildirib" -  ABŞ mediası

“ABŞ İsrailin İrana hücum edəcəyini bilirdi”.   Sfera.az bildirir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Məlum olub ki, İs...

Deputat yarımçıq tikililərdən DANIŞDI: "Tədbir görülməlidir"

“Yarımçıq tikililər narahatlıq yaradır”.  Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev ...

Rusiyada hərbi təyyarə qəzaya uğradı, ölən var - FOTO 

Rusiya Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Stavropol diyarında qəzaya uğrayıb.   Sfera.az Rusiya KİV-nə istinadən xəbər verir ki, qəzaya uğray...