“Qurtuluş- tarixin unudulmaz səhifəsi”

“Qurtuluş- tarixin unudulmaz səhifəsi”

Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə tarixi günlər vardır ki, həmin günlərdə böyük uğurların əsası qoyulub. Belə günlərdən biri 1993-cü ilin 15 iyunudur. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan Heydər Əlirza oğlu Əliyevdir.
"Heydər Əliyev xalqımıza ulu Tanrının payıdır” - deyənlər haqlıdırlar. Bu deyim təsadüfən yaranmayıb. Ümummilli liderimizin Azərbaycana rəhbərlik etdiyi 1969-1982 və 1993-2003- cü illərdə əldə olunmuş naliyyətlərə diqqət yetirsək, bu fikrin haradan yarandığına əmin olarıq. Heydər Əliyevin göstərdiyi misilsiz xidmətlər onun hər bir Azərbaycan vətəndaşının qəlbində möhtəşəm bir abidəsini ucaltmışdır. Bu tarixi simanın şüurlu ömrünün hər bir anı doğma vətənin yüksəlişinə və tərəqqisinə xidmətə həsr edilib.
Xalqın istəyi ilə Heydər Əliyevin respublika rəhbərliyinə yenidən qayıdışı siyasi-iqtisadi böhran içində boğulan Azərbaycanı böyük fəlakətlərdən xilas etdi. Elə o zaman Heydər Əliyev çıxışlarının birində belə demişdi: "Azərbaycan bərbad vəziyyətdədir, kabinetlərdə boş-boş şayələrlə məşğul olurlar. Mən heç kəsə heç bir qarantiya vermirəm. Mən özümü peyğəmbər hesab etmirəm. Fəqət bu ağır vəziyyətdən çıxmaq üçün fəaliyyət göstərəcəyəm.” Bəli, indi bu fəaliyyətin nəticələri artıq hər birimizə bəllidir. Məhz bu fəaliyyətin hesabına Azərbaycan yaşayır, tərəqqi edir.
Milli Məclis 1997-ci il 27 iyun qərarı ilə Heydər Əliyevin siyasi hakimiyyətə qayıtması gününü - 1993-cü il iyunun 15-ni Milli Qurtuluş günü elan etdi. Heydər Əliyevin böyük təşkilatçılığı və qətiyyəti sayəsində Azərbaycan tezliklə təlatümlərdən, sarsıntılardan uğurla çıxaraq gələcəyə inamla baxan ölkəyə çevrildi. Prezident İlham Əliyev ulu öndərin xalqı qarşısında göstərdiyi xidmətlərdən bəhs edərkən belə deyib: "Bu illər ərzində Azərbaycanın dövlətçiliyi quruldu. Azərbaycanın inkişaf strategiyası müəyyən olundu. 1993-cü ildən başlamış bu günə qədər davam edən iqtisadi və siyasi islahatlar ölkəmizin dünya birliyinə layiqli üzv kimi daxil edilməsində çox mühüm rol oynadı. Ona görə ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri unudulmazdır, əvəzolunmazdır və onlar tarixi əhəmiyyət kəsb edir”.
Heydər Əliyev idrak rəmzi, siyasətdə məntiqlə reallığı bacarıqla sintez edən ustad idi. Hələ Naxçıvanda Ali Məclisin Sədri işləyərkən o, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağını qəbul etmiş, Azərbaycan Sovetlər İttifaqının məngənəsində çabaladığı vaxtlarda o, tarixi varisliyi - tarixi əlaqəni, mənəvi körpünü bərpa etmişdi. Heydər Əliyev keçmişin qədrini yaxşı bilirdi. Tarixi əziz tutur, tarixdən faydalanmağı yaxşı bacarırdı. Tarix onun üçün uzaq gələcəyi göstərən teleskop idi. O, gələcəyi tarixin gözü ilə görə bilirdi.
Tariximizə, dövlətimizə, müstəqilliyimizə, xalqımıza ulu öndər Heydər Əliyevin öz sözləri ilə nəzər salsaq hər bir dövr üçün aktual olduğunu görərik: "Azərbaycanın dövlət müstəqilliyi bizim tarixi nailiyyətimizdir”, "Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir”, "Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasına öz töhfəsini verir”.
15 iyun Milli Qurtuluş Günüdür. Azərbaycanı ürəkdən sevənlər, tarixini öyrənənlər üçün və Azərbaycan taleyini öz taleyi bilənlər üçün bu gün həmişə müqəddəs olacaqdır. Hazırda ölkəmizdə bütün sahələrdə işlər uğurla gedir. Bizi ciddi narahat edən və hələ nail olmadığımız bir problem Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir ki, bu problemin də həlli uğrunda ulu öndərin siyasətinin layiqli davamçısı prezident cənab İlham Əliyev mübarizə aparır.
Müstəqil Azərbaycan Respublikası hazirda öz gələcəyinə doğru inamlı addımlayır. Bütün bunların başlanğıcı faciələrdən, fəlakətlərdən, qurtuluş anından başlayıb. Ulu öndər Heydər Əliyev müdrikcəsinə deyib: "Tarix nədən yaranır? Tarixi insanlar yaradır. İnsanların şəxsiyyəti tarixi yaradır - əgər onlar şəxsiyyətdirlərsə”.


Nəsimi rayon təhsil işçisi, 
Cəfərli Cəmalə


 

OXŞAR XƏBƏRLƏR

Bakı və Abşeron yarımadasında 29 dərəcə isti oldu - FAKTİKİ HAVA

Aprelin 20-si saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçib. Lakin günün ikinci yarısında bəzi dağlıq ərazilərdə...

Hikmət Hacıye: "Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür"

ADA Universitetində təşkil edilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramının bağlanış mərasimi keçirilib.   Sfera.az xəbər verir ki, ...

Azərbaycanda prokuror VƏFAT ETDİ - FOTO

Baş Prokurorluğun yüksəkvəzifəli əməkdaşı dünyasını dəyişib.   Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, prokurorluğun Təşkilat və İ...

"Qazaxlı Alik"in oğlunun məhkəməsi BAŞLAYIR

Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən "Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır.   Sfera.az xəbər verir ki, onun barəs...

Bakıda 22 yaşlı qız qətlə YETİRİLDİ

Aprelin 20-də səhər saatlarında paytaxtın Xətai rayonunda 2002-ci il təvəllüdlü Cabbarova Elnarə Xətai qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi ilə bağlı ...

ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışladı

  “Biz Ermənistan və Azərbaycanın iki ölkə arasında sərhədin delimitasiyası üçün əsas kimi 1991-ci il Alma-Ata bəyannaməsini razılaşdırdıqları bar...