Qurban Qurbanov mətbuat konfransında masadakı pivə butulkasının götürülməsini istədi - FOTO
10:41 / 17.09.2021
621
"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov "Bazel”lə matçdan sonra keçirilən mətbuat konfransında maraqlı addım atıb.
Sfera.az xəbər verir ki, o, mətbuat konfransında masanın üzərində olan pivə şüşələrinin götürülməsini istəyib.
Təcrübəli baş məşqçinin istəyi yerinə yetirilib. Qurban Qurbanov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb zalı tərk etdikdən sonra isə şüşələr yenidən masanın üzərinə düzülüb.