Qurban bayramından sonra yaranan ürəkbulandıran mənzərə - FOTO

Qurban bayramından sonra yaranan ürəkbulandıran mənzərə - FOTO
Bir neçə gündür davam edən Qurban bayramı geridə qaldı. Bayramdan sonra yaranan fəsadlar isə təəssüf doğurur.

Sfera.az bildirir ki, bəzi yaşayış məntəqələrində yaranan antisanitar vəziyyət insanları narahat edir.

Söhbət Sumqayıt şəhərinin girişindən Müşfiqabad qəsəbəsinə gedən yolun kənarından gedir. Belə ki, sakinlərin bildirdiyinə görə, sözügedən ərazidə ət kəsimi məntəqələrinin yaxınlıqlarında kəsilən heyvanların qalıqları toplanmadığından dəhşətli mənzərə yaranıb:

"Ətrafa yayılan üfunəti sözlə ifadə etmək mümkün deyil. Burada hər zaman vəziyyət eyni olur. Ərazi üzrə aidiyyəti orqanlar məsələyə ciddi yanaşmır. Bu vəziyyətə ciddi nəzarət olunmalıdır”. /Oxu.az

OXŞAR XƏBƏRLƏR