Qurban bayramında millət vəkilinin bostanına daş atan \"murdar ətlər\" kimlərdir..?

Qurban bayramında millət vəkilinin bostanına daş atan \
Sabah Milli Mətbuatın yaranmasının növbəti ildönümünü qeyd edəcəyik. Amma bəlli səbəblərdən məmləkətdə həmklarlarımzı tənqid edənlər təbrik edənlərdən daha çoxdur. Çünki artıq nə qədər qaba müqayisə olsa da mediada at izi it izinə qarışıb. Ölkədə peşəkar jurnalistlər bir yana, mübtədadan xəbərə qədər doğru-dürüst cümlə qura bilənlərin sayı mini ötməsə də jurnalist vəsiqəsi gəzdirənlərin sayı yüz minlərlədir. Bu azmış kimi sosial şəbəkələrdəki sərbəstlik vəziyyəti daha da qəlizləşdirib və insanların şərəf-ləyaqətinə, işgüzar nüfuzuna amansız təcavüz adi hal alıb. 

 

Elə millət vəkili Ülvi Quliyev də ötən gün belə bir haqsızlıqla üzləşib. Belə ki, dünən sosial şəbəkələrdə guya Ülvi Quliyevin hansısa Qarabağ Qazisinə göndərdiyi qurbanlıq ətin yararsız olması ilə bağlı fotolar yayıldı. Həmkarlarımızsa yayılan fotoların və yazılan tənqidi şərhlərin üzünü-astarını araşdırmadan onu günün baş xəbəri kimi manşetlərindən verməklə savab əməllər üçün ilahi fürsətlər yaranan bu müqəddəs bayram günündə çox böyük günaha batdılar. 

 

Dəyərli oxucular! Ona görə günaha batdılar yazdıq ki, bu bayram və istirahət günündə Moderator.az əməkdaşları canlarına cəfa basaraq məsələni araşdırmağa çalışıblar və bəlli olub ki, iddialar tamamilə cəfəngiyyatdır. Öyrənə bilmişik ki, doğrudan da Şəhid ailələrinə, Qarabağ Qazilərinə və Yasamal rayonun aztəminatlı ailələrinə doğrudan da qurbanlıq ətlə bərabər 2 min bayram sovqatı göndərilib və bunu İcra hakimiyyəti və Yasamal Bələdiyyəsi təşkil edib. Bu azmış kimi bütün sovqatların üzərində də Yasamal Bələdiyyəsi yazılıb. Amma bulanıq suda balıq tutmaq həvəsinə düşən kimlərsə könül bulandırmaq üçün Ülvi Quliyevi dilə-dişə salmaq üçün bu bayram gününü fürsət bilib. Biz həmin iddiaları sosial şəbəkələrə ötürən xanım "JEK" işçisinin də nömrəsini əldə etsək də dəfələrlə etdiyimiz zənglərə baxmayaraq telefona cavab verən olmadı. Adı hallandırılan Qarabağ Qazisi isə belə bir olayın yaşanmadığını bildirməklə əslində stəkanda fırtına yaratmaq istəyənlərin hansı çirkin niyyət güddüklərini isbatlamış oldu.

 

Bizim əsas gileyimiz mediadakı həmkarlarımızadır. Diqqəti cəlb edib oxucu toplamaq üçün çoxsaylı alternativlər olduğu halda nədən bu bayram günlərində belə bir yanlışlığa və günaha yol verirlər? Niyə yoxlanılmadan hansısa "qara piar" makinasının fitnəsinin epidemiya kimi yayılmasına şərait yaradırlar? Niyə dəxli olmadığı halda bir millət vəkilinin adını hallandırmaqla kimlərinsə əkməyinə yağ sürtürlər?

 

Yeri gəlmişkən, bayram və istirahət günü olsa da deputat Ülvi Quliyevə də zəng edib onun da fikirlərini öyrənmək istədik, ancaq onun da telefonuna cavab verən olmadı. Görünür, kəmfürsətlər deputatın bayram ovqatını təlx ediblər deyə abırınıa qısılıb susmağa üstünlük verib. Amma bayramdan sonra bu məsələnin üzərinə gedəcəyik və adı hallanan deputatın da fikirlərini öyrənməyə çalışacağıq. 


OXŞAR XƏBƏRLƏR

Ərdoğan Almaniya Prezidenti ilə GÖRÜŞDÜ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Almaniya Prezidenti Frank Valter-Ştaynmayerlə görüşüb.   Sfera.az xəbər verir ki, məlumatı “TR...

Azərbaycan futboluna AĞIR İTKİ - Baş məşqçi VƏFAT ETDİ + FOTO

1983-85-ci illərdə “Araz” futbol komandasının baş məşqçisi olmuş Hafiz Əliyev dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, bu barədə &qu...

İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ

Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilmiş ərazilərin bərpasında göstərdiyi dəstəyə görə Qırğızıstana təşəkkür edib.   Sfera.az xəbər v...

"ABŞ vətəndaşı olsam, Baydenə yox, Trampa səs verərəm" - İsrailli nazir

İsrailin diaspor naziri Amixay Çikli Donald Trampın prezident seçilməsində maraqlı olduğunu bildirib. Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki...

Prezident: "Azərbaycan Qırğızıstanla bütün istiqamətlərdə əlaqələri davam etdirmək əzmindədir"

Azərbaycan Qırğızıstan ilə bütün istiqamətlərdə fəal qarşılıqlı əlaqələri davam etdirmək əzmindədir.   Sfera.az xəbər verir ki, bu fikirləri Azərbayc...

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - YENİLƏNDİ - 2 - FOTO

Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğız Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan- Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub.  ...