"Artıq insanlar dollarlarını manata dəyişmək istəyirlər" - Bank müdiri

"Artıq insanlar dollarlarını manata dəyişmək istəyirlər" -  Bank müdiri

Manat devalvasiyadan sonra itirilmiş mövqelərini bir qədər bərpa edib. Bu, milli valyutaya 

olan inamın yenidən bərpa olunmağa başlaması ilə bağlıdır. Bəs ölkədəki bu situasiya bankların 

valyuta mübadiləsi əməliyyatlarına necə təsir göstərib? 

Ötən ilin sonlarından ölkənin maliyyə bazarında baş verən proseslər bir sıra istiqamətlərdə əlavə

 tədbirlər həyata keçirmək, qanunvericilik aktlarına yenidən nəzər salmaq kimi vacib məqamları 

ortaya çıxardı.

Kəpəz TV (Region TV) xəbər verir ki, bir neçə ay ərzində həyata keçirilən tədbirlər maliyyə 

bazarında yaranmış ajiotajın səngiməsinə imkan yaratdı. Hazırda da bu istiqamətdə vacib

 addımlar atılır. Bir çox banklar bildirir ki, həm nağd, həm də qeyri-nağd valyuta üzrə bankların 

tələbatı tam təmin olunur və yeni ehtiyacların ödənilməsi üçün də kifayət qədər valyuta ehtiyatı 

mövcuddur. Bankların filial və şöbələri, o cümlədən valyuta mübadilə şöbələri nağd xarici 

valyuta satışını normal qaydada həyata keçirirlər.

Ələsgər Həsənov - bank müdiri: "Tələbatı nəzərə alaraq, Mərkəzi Bankla, baş ofislə daim

 əlaqə saxlayırıq. Lazım gəldikdə, ehtiyat yarandıqda təcili şəkildə valyuta və ya Azərbaycan 

manatının gətirilməsini təmin edirik ki, şəhərimizin və yaxud da qonaqlarımızın tələbatını ödəyə bilək".

Əhalinin və iqtisadi subyektlərin xarici valyutaya olan tələbatının ödənilməsində fasiləsizliyin təmin

 edilməsi məqsədilə geniş filial şəbəkəsi olan bankların filial, şöbə və valyuta mübadilə şöbələri 

adi iş rejimində fəaliyyət göstərir. Bəzi banklar isə bazar günü də valyuta mübadiləsini davam 

etdirməyə qərar veriblər. Manatın məzənnəsinin stabilləşməsi də buna imkan verir. 

Ələsgər Həsənov: "Amma son vaxtlar deyərdim ki, insanlar daha çox valyutanı, yəni dolların 

alınmasına üstünlük verirdilərsə, artıq əks tendensiya yaranıb. Artıq insanlar manatın möhkəmləndiyini 

nəzərə alaraq istəyirlər ki, öz dollarlarını manata dəyişsinlər".

Bununla belə Mərkəzi Bank tərəfindən valyuta bazarında vəziyyət ciddi nəzarət altında saxlanılır

 və qanunsuzluqların qarşısının alınması məqsədilə mütəmadi monitorinqlər keçirilir. 

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Bu ərzaqlar bahalaşıb - SİYAHI

2021-ci ildə istehlak qiymətləri indeksi 2020-ci ilə nisbətən 106,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 108,1 faiz, qeyri-ərzaq...

Yanvarın 18-nə USD/AZN rəsmi məzənnəsi

Azərbaycan Mərkəzi Bankı (AMB) yanvarın 18-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. AMB-dən Sfera.az-a bildirilib ki, bankın yanvarın 18-dən etibarən ...

Ötən il inflyasiya 6,7 faiz olub

2021-ci ildə qiymətlərdə ortaillik artım 6,7 faiz olub.   Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ərzaq məhsulları, içkilər və tü...

Ekspert ət və südün bahalaşmasının səbəblərini AÇIQLADI

"Süd-ət-yem pariteti müntəzəm olaraq hesablanmalı, bu paritet süd və ətin qiymətinin formalaşması üçün baza kimi diqqətdə saxlanmalıdır”.   Sfera.az xəbə...

Əhalinin aylıq ərzaq xərcləri 200 manata çatıb

Ötən il əhalinin adambaşına düşən aylıq ərzaq xərcləri bir qədər də artaraq orta hesabla 200 manat təşkil edib. Sfera.az bildirir ki, 2021-ci ildə ərzaq x...

"Mövcud sistem dəyişəcək, qlobal pul vahidləri "konfet kağızı"na çevriləcək" - XƏBƏRDARLIQ

"İnsan hüquqları sırasında sabit pula hüquq yoxdur. Seksual azlıqların belə hüquqları tanınır, amma vətəndaşın dövlətdən sabit pul tələb etmək hüququ yoxdur”. ...