"Qulaqlarıma inanmamışdım..." - Hacı Nuran Səyyad Əlizadənin ölümündən danışdı
12:29 / 01.10.2021
1106
"Onun koronavirusa yoluxub, xəstəxanaya yerləşdirildiyini eşidəndə qulaqlarıma inanmamışdım”.
Sfera.az bildirir ki, bunu aparıcı Hacı Nuran Hüseynov müğənni Səyyad Əlizadənin ölümü ilə bağlı danışarkən deyib. O bildirib ki, Əlizadə heç kimə bənzəmirdi:
"Baməzə zarafatlarından, şirin söhbətlərindən doymaq olmazdı. Amma təəssüf ki, dünyanı cənginə alan COVID-19 bəlasına o da yoluxdu və mücadilə verə bilmədi. Əvvəllər bəlkə də bizə inandırıcı gəlmirdi bu virus. İndi dostumuz, tanışımız bu bəlaya yoluxduqca, günümüzün kabusuna çevrilən xəstəliyin ciddiliyini daha yaxşı anlamağa başlayırıq. Səyyad Əlizadə - həyat dolu bir insan, heyf sənə qardaş”.
H.Nuran qeyd edib ki, Səyyad Əlizadə süni nəfəs aparatına qoşulanda belə ümidini itirməyib:
"Sağalar dedik, ancaq çox zaman bizim istədiyimiz olmur. Mən ona heç bir xəstəliyi yaraşdırmırdım. Biz daha gözəl bir insanı itirdik”.
Türkan
Sfera.az