Qüdrət Həsənquliyev: Tofiq Yaqublu əsəblərinə hakim ola bilməyibsə, bunun təqsirkarı hazırda onun həbsini siyasiləşdirənlərdir

Qüdrət Həsənquliyev: Tofiq Yaqublu əsəblərinə hakim ola bilməyibsə, bunun təqsirkarı hazırda onun həbsini siyasiləşdirənlərdir
 Çox təəssüf ki, torpaqlarımızın müdafiəsi üçün vuruşmuş bir soydaşımız xuliqanlıq ittihamı ilə həbs olunub.

Bunu Milli Məclisin deputatı Qüdrət Həsənquliyev bildirib.

Onun sözlərinə görə, bəzi siyasi dələduzlar Tofiq Yaqubludan istifadə edirdilər:

"Ətrafdakı bəzi siyasi dələduzlar Tofiq Yaqublunun döyüşçü xarakterindən məharətlə istifadə edirdilər. Onu qızışdırırdılar ki, Tofiq Yaqublu cəsurdur və qorxmazdır. O isə radikallıqdan siyasi ekstremizmə yuvarlanmaqda idi”.

Q.Həsənquliyev qeyd edib ki, T.Yaqublu böyük əsəb gərginliyi keçirirdi:

"Onun çıxışlarına qulaq asdıqca hiss edirdim ki, o, küyə düşdüyünü başa düşür, amma onun üçün ayrılmış roldan imtina edə bilmir. Tofiq Yaqublunun böyük əsəb gərginliyi keçirdiyini hər kəsin duyması çətin deyildi, ona görə də onun həbsi barədə eşidəndə çox da təəccüblənmədim. Ümid edirəm ki, istintaq hadisənin real baş vermə səbəbini obyektiv araşdıracaq. Bu hadisəni siyasiləşdirmək istəyənlərə üzümü tutub deyirəm ki, əgər o öz əsəblərinə hakim ola bilməyibsə, bunun təqsirkarı sizlərsiniz”.

Xatırladaq ki, martın 22-i günorta saat 15 radələrində paytaxtın Nizami rayon ərazisində Yaqublu Tofiq Rəşid oğlunun idarə etdiyi "Toyota Corolla” markalı avtomobil Cəbrayılov Elxan Səttar oğlunun idarə etdiyi "VAZ-2107” markalı avtomobillə toqquşub.

Daxili İşlər Nazirliyinin məlumatına görə, yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri üzündən baş verdiyi halda, o, əsaslı səbəb olmadan mübahisə edərək, Elxan Cəbrayılovu və onun sərnişini olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsində istintaq edilən cinayət işi üzrə Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə təqsirləndirilən şəxs paytaxt sakini Tofiq Yaqublunun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir. (trend)

OXŞAR XƏBƏRLƏR

FHN əməliyyat görüntüləri yaydı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu ərazisində azyaşlıların evdə bağlı qapı arxasında kö...

Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA

Ermənistan Azərbaycanın 1990-cı illərin əvvəllərindən işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib.   Sfera.az  xəbər ve...

Çindən Bakıya uçan təyyarə reysi TƏXİRƏ salındı - 50 azərbaycanlı aeroportda QALDI – VİDEO 

Çindən Bakıya uçan təyyarə reysi təxirə salınıb. Nəticədə 50-dən çox azərbaycanlı sərnişin Çinin Quancou şəhərindəki Bayun hava limanında qalmalı olublar. ...

“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

Dünyanın aparıcı maliyyə jurnallarından biri olan “Global Finance” 2024-cü il İnnovasiya mükafatları çərçivəsində Kapital Bank-ın süni intellekt inn...

"Barça" doğma meydana qayıdır, amma... - QƏRAR

"Barselona" "Kamp Nou"ya qayıdır.   Sfera.az bildirir ki, artıq İspaniya klubunun Direktorlar şurası bu barədə qərar qəbul edib....

Almaniya millisi baş məşqçi ilə MÜQAVİLƏNİ TƏZƏLƏDİ: "2027-ci ilədək..."

Almaniya millisinin baş məşqçisi Julian Nagelsmann ilə müqavilənin müddəti uzadılıb.   Sfera.az bildirir ki, bu barədə Almaniya Futbol Assosiasiyasın...