Qüdrət Həsənquliyev: \"Rusiya-Azərbaycan münasibətlərini korlamağa çalışırlar\"

Qüdrət Həsənquliyev: \
Azərbaycan Rusiya ilə daha yüksək səviyyədə əməkdaşlıq etməlidir, ümumiyyətlə, biz MDB çərçivəsində daha aktiv olmalıyıq.

Sfera.az xəbər verir ki, bu sözləri millət vəkili, BAXCP sədri Qüdrət Həsənquliyev "Yeni Müsavat”a açıqlamasında bildirib. Millət vəkilinin sözlərinə görə, biz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olan türk dövlətləri və Belarusla sıx əməkdaşlıq etməliyik:

"Bu günlərdə bir partiya sədrinin çıxışına qulaq asdım. Belarus Prezidenti Aleksandr Lukaşenko ilə Azərbaycan Prezidenti İlham Əliyevin görüşünü "qatillər qrupuna üzv olmaq istəyi” kimi təqdim edir. Nə qədər qərəzli, yaxud dayaz düşüncəli olmaq lazımdır ki, belə bir ağır ittihamla çıxış edəsən?”

Q.Həsənquliyv hesab edir ki, Belarusun daxilində baş verənlər bu ölkənin daxili işidir:

"Əlbəttə, biz istərdik Belarus çox demokratik bir ölkə olsun. Amma gəlin baxaq, bu gün dünyada demokratiyanı təbliğ edən ABŞ krallıq üsul-idarəsinin olduğu Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri ilə çox gözəl əlaqələr qurub, müttəfiqdirlər, ən müasir silahları onlara satır. Bizə isə - işğala məruz qalmış ölkəyə - sanksiya tətbiq edib, problemin ərazi bütövlüyü çərçivəsində həlli barədə mövqe də sərgiləmirlər”.

Deputat vacib bir xatırlatma edib:

"Azərbaycan ona Qərbin vermədiyi silahları, raketləri Belarusdan aldığı halda, niyə bu ölkə ilə münasibətləri pozmalıyıq? Bu, hansı sağlam məntiqə sığır? Bu insanlar özlərini necə peşəkar siyasətçi sayırlar? Onu demək istəyirəm ki, müəyyən dairələr tərəfindən Azərbaycan-Rusiya, Azərbaycan-Belarus münasibətlərini korlamaq istəyən insanlar var. Bizim Ukrayna ilə də gözəl münasibətimiz mövcuddur, baxmayaraq ki, Kiyevlə Moskva az qala müharibə vəziyyətindədir, Belarusla da. Hesab edirəm ki, bu, belə də olmalıdır. Ukraynanın ərazi bütövlüyünü müdafiə edirik. Amma Ukrayna Qarabağ məsələsində bizə hansı dəstəyi veribsə, biz də ona ərazi bütövlüyü məsələsində o dəstəyi veririk”.

Q.Həsənquliyev qeyd edib ki, əvvəla, bizim Rusiya və digər ölkələrlə əməkdaşlığımız Qərbə qarşı yönəlməyib:

"İkincisi, Azərbaycanı "qatillər qrupu”na üzv olmaqda ittiham edən insanlar bir fikirləşirlərmi ki, nə danışırlar? Deyək ki, sən Rusiya ilə münasibətləri poz, səni kim müdafiə edəcək? Qərbmi müdafiə edəcək? Qərb yazılı öhdəlik götürdüyü Ukraynanı müdafiə etdimi? Ukrayna nüvə arsenalına görə dünyada üçüncü dövlət idi. Rusiya, ABŞ-dan sonra, Çin, Britaniya, Fransadan isə daha çox nüvə başlığına, ballistik raketlərə malik bir dövlət idi. Ukraynanı günün günorta çağı, gözlərinin içinə baxa-baxa aldatdılar, nüvə silahlarını əlindən aldılar, sonra da onu müdafiəsiz qoydular.

Üçüncüsü, heç olmasa, Qərb deyir ki, Ukrayna, Gürcüstan, Moldovadakı münaqişələr bu dövlətlərin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Dağlıq Qarabağla bağlı bir dəfə biz bu sözü eşitdikmi? Onda bu insanlar hansı ağlın sahibidirlər ki, deyirlər, Azərbaycan "qatillər qrupu”nun üzvü olmaq istəyir?”

BAXCP sədri digər bir məsələyə də diqqət çəkib:

"Bizdə ekstremizmə yuvarlanmış, ayrı-ayrı xarici dairələr tərəfindən idarə olunan, Qərb ölkələrində sığınacaq tapmış, maliyyələşdirilən insanlar var, bütün günü Rusiya-Azərbaycan münasibətlərini korlamağa çalışırlar. Düşünürəm ki, biz buna imkan verməməliyik. Əlbəttə, Rusiyanın Azərbaycana qarşı yönələn hansısa addımı olacaqsa, biz onu tənqid etməliyik. Amma bu, elə çərçivədə və elə həddə olmalıdır ki, bizim strateji tərəfdaşlıq münasibətlərimizi korlamasın və pozmasın”.

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...