Qüdrət Həsənquliyev: \"Cənubi Azərbaycanda 30 milyona qədər soydaşımız yaşayır və Azərbaycan Respublikası həm də onların vətənidir\"

Qüdrət Həsənquliyev: \
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin moderator.az-a müsahibəsini təqdim edirik:

- Qüdrət bəy, Zəfər paradında Türkiyə Prezidenti Ərdoğanın çıxışına İran rəsmilərinin belə bir reaksiyası nə qədər düzgün idi?

- Düşünürəm İranın reaksiyası daxili narahatçılıqdan qaynaqlandığından adekvat deyildi və onun maraqlarına cavab vermirdi. Cənab Ərdoğanın çıxışı Cənubi Azərbaycan türklərinə 44 günlük Qarabağ savaşı zamanı verdikləri siyasi və mənəvi dəstəyə görə minnətdarlıq ifadəsi idi. Bu o demək idi ki, bizi sizdən Araz çayını sərhəd etməklə zülmlə ayırsalar da Sizlər bizim qəlbimizdəsiniz. Bu çıxışla Prezident Ərdoğan İrana qarşı hər hansı ərazi iddiası irəli sürməyib, əksinə, İrana 6 tərəfli formatda əməkdaşlıq təklif edib. İrandan dəfələrlə kiçik Gürcüstanda Azərbaycanla sərhəddə 300 minə qədər türk kompakt yaşayır. Amma biz həmişə Gürcüstanın ərazi bütövlüyünə hörmətlə yanaşmışıq, çox yaxşı dostluq münasibətlərimiz var. Onlar bizim soydaşlarımızın milli hüquqlarına hörmət edib, onlara  qarşı hər hansı repressiya siyasəti aparmayacaqlarsa, deməli, bu dostluq siyasəti davam edəcək .Ona görə İran rəsmilərinin Ərdoğana olan hücumları qətiyyətlə pislənilməlidir, çünki  narahat olmalarına heç bir əsas yox idi. Onu da nəzərə almalıdırlar ki, xalqımız Ərdoğanı, Çavuşoğlunu, Hulusu Akarı öz milli qəhrəmanları kimi qəbul edir. Ərdoğana qarşı hücumlar həm də Azərbaycanla münasibətlərə mənfi təsir göstərir.
 
 
- Türkiyə ilə şəxsiyyət vəsiqəsi ilə gediş-gəliş barədə protokolun imzalanmasına münasibətinizi bilmək istərdik.

- Bu məsələ mənim tərəfimdən də dəfələrlə qaldırılmışdı. Xalqımız bu xəbəri böyük sevinclə qarşıladı. Çalışmalıyıq ki, Gürcüstanla da anoloji saziş imzalayaq, vətəndaşlarımız  şəxsiyyət vəsiqəsindən istifadə etməklə həm Gürcüstana, həm də Gürcüstan üzərindən Türkiyəyə gedə bilsin.

Eyni zamanda İran vətəndaşları üçün də viza rejimi aradan qaldırılmalıdır. Ən azından onu nəzərə almalıyıq ki, Cənubi Azərbaycanda 30 milyona qədər soyadşımız yaşayır və Azərbaycan Respublikası həm də onların vətənidir.

Onu da qeyd edim ki, Türkiyədən idxal olunan mallara da tətbiq olunan 36%-lik gömrük rüsumları azaldılmalı, MDB ölkələrinə tətbiq olunan 18%-lik həddə müəyyən olunmalıdır.

OXŞAR XƏBƏRLƏR

Borcu ödəməmək üçün tanışını öldürüb

Ötən il dekabrın 30-da paytaxtın Nəsimi rayonu ərazisində Zamiq Cabbarovun öldürülməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamam...

Bakıda narkokuryerdən 5 kq narkotik götürüldü

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana və 3000 ədəd metadon həbi aşkar olunub. Daxili İşlər Nazirliyindən Sfera.az-a verilən xəbərə...

Sülhməramlılar Azərbaycan ərazilərini niyə vaxtından əvvəl tərk etdi?

Rusiya sülhməramlılarının Azərbaycan ərazilərini 10 noyabr 2020-ci il üçtərəfli bəyanatında yer alan müddətdən daha tez tərk etmələri, şübhəsiz ki, ilk növbədə ...

Britaniya İrana qarşı sanksiyalar siyahısını GENİŞLƏNDİRDİ 

Böyük Britaniya İsrailə hücumlar fonunda İrana qarşı sanksiyalar siyahısını genişləndirib.   Sfera.az TASS-a istinadən xəbər verir ki, 13 İran rəsmis...

Vüqar Qurbanovdan yeni təyinat - FOTO

Əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi və tibb müəssisələrində optimallaşdırma işlərinin həyata keçirilməsinin təmin edilməsi ...

️Piyada diqqətsizliyi ağır qəzaya səbəb oldu

Bu gün saat 16:45 radələrində ADY-yə məxsus yük qatarı Hacıqabul stansiyasında hərəkətdə olarkən bir qadın qəfil qatarın qarşısına çıxıb.   Sfera.az ...