“Qubadlıdakı strateji hədəf nəzarətə götürüldükdən sonra məsələ bitir” – Şahin Cəfərli

“Qubadlıdakı strateji hədəf nəzarətə götürüldükdən sonra məsələ bitir” – Şahin Cəfərli
"Həmsədr ölkələr hələ də baza prinsiplərindən danışır. Belə çıxır ki, cəbhədəki real vəziyyətdən xəbərləri yoxdur. Ya da xəbərləri var, sadəcə, missiyalarının iflasa uğradığını etiraf etməmək üçün özlərini o yerə qoymurlar.

Sfera.az xəbər verir ki, bunu politoloq Şahin Cəfərli bildirib.


Politoloq Azərbaycanın baza prinsiplərindən danışmasını və bütün görüş təşəbbüslərinə razılıq verməsinin bu mərhələdə ağıllı diplomatiya kimi göründüyünü qeyd edib:

 

"Cəbhədəki real vəziyyətə gəldikdə, erməni tərəfinin məlumatına görə, hazırda döyüşlər Qubadlının Xanlıq kəndi istiqamətində gedir. Xanlıq Həkəri çayının sahilində, Qubadlı rayon mərkəzindən 18 km aralıda və Laçın yolunun üstündə yerləşir. Ermənilər İşxanadzor adlandırdıqları bu kənddə qanunsuz məskunlaşdırma aparmışdılar və tütünçülüklə məşğul idilər.


Azərbaycan Müdafiə Nazirliyi Qubadlı istiqamətində əməliyyatlar aparıldığını açıqladığı üçün bu məlumatı paylaşdım. Bu istiqamətdə strateji hədəfin hara olduğunu yəqin ki, anladınız. O hədəf nəzarətə götürüldükdən sonra məsələ demək olar ki, bitir”, - Ş.Cəfərli vurğulayıb.


OXŞAR XƏBƏRLƏR