Qubadlıda azad olunan ərazilərə keçən şəxslər saxlanıldı
12:40 / 03.04.2021
1521
Qubadlı
Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən rayonun işğaldan azad
edilmiş, lakin minalardan tam təmizlənməmiş ərazilərə keçərək özünün və digərlərinin
həyatını təhlükə qarşısında qoyan şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər
davam etdirilir.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Bərdə regional qrupundan Sfera.az-a verilən məlumata görə, Qubadlı RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər zamanı Qubadlı rayon sakinləri Vəli Məmmədov, Allahverdi Mustafayev və Tofiq Əsgərov rayon ərazisində polis əməkdaşları tərəfindən saxlanılıb.
Həmin şəxslər saxlanıldıqdan sonra barəsində qanunamüvafiq tədbirlər görülməsi üçün aidiyyəti üzrə təhvil verilib.