Qubada toy karvanı qəzaya düşdü - 6 yaralı

Qubada toy karvanı qəzaya düşdü - 6 yaralı

Qubada toy karvanı qəzaya uğrayıb.

"Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Qələdüz kəndi ərazisində baş verib. 

Şadlıq sarayına gedən toy karvanının önündəki "Niva” markalı avtomobilə qarşı tərəfdən yüksək sürətlə gələn "VAZ 2107” markalı avtomobil çırpılıb. 

Nəticədə 3-ü qadın olmaqla, 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Xəsarət alanlar rayonun Üçgün kənd sakinləri- Qəmbər Babayev (1966), Sahibə Babayeva (1966), Küpçal kənd sakinləri-  Sənubər Səfərova, Alim Qədirov (1984), Qələdüz kənd sakinləri- Təranə Əlixanova (1961), Tərlan Əlimirzəyev (1992) olub.

Yaralılara Quba Rayon Mərkəzi Xəstəxanasında tibbi yardım göstərilib, müvafiq şöbələrə yerləşdirilib. Xəstələrin vəziyyəti orta-ağır qiymətləndirilir. 

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR