Qubada karantin rejimini pozan obyektlər aşkarlandı - FOTO

Qubada karantin rejimini pozan obyektlər aşkarlandı - FOTO
 Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirir.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Sfera.az-a verilən məlumata görə, şöbə əməkdaşları ötən gün axşam saatlarında inzibati ərazilərində xidmət aparan zaman rayon ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən otel aşkarlayıblar. Obyektin fəaliyyəti dərhal dayandırılıb, otelin sahibi Akif Babayev, orada çalışan iki işçi və 8 nəfər müştəri saxlanılaraq polis şöbəsinə gətiriliblər.

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolları tərtib olunub və təyin olunmuş qaydalara riayət etmələri barədə profilaktik söhbətlər aparılıb.

Keçirilmiş digər bir tədbir zamanı rayon ərazisində qaydaları pozaraq fəaliyyət göstərən tikinti materialları mağazası aşkarlanıb. Həmin obyektin fəaliyyəti də dayandırılıb, orada çalışan satıcı və fəhlə barədə inzibati qaydada tədbirlər görülüb.

OXŞAR XƏBƏRLƏR

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin İtaliyadakı Səfirliyinin dəstəyi ilə aprelin 19-da 60-cı Venesiya Biennalesi...

İlhamə Quliyeva ilə küsülü olmalarının səbəbini açıqladı

Xalq artisti Nazpəri Dostəliyeva mərhum həmkarı, Xalq artisti İlhamə Quliyeva ilə küsülü olma səbəbini illər sonra açıqlayıb.   Sfera.az xəbər v...

Bu il Azərbaycanda 5 günəş elektrik stansiyası tikiləcək

Bu il Azərbaycanda ümumi gücü 1300 MVt olan daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq.   Bu barədə Sfera.az-a Energetika Nazirliyindən bil...

Yaponiyada həkimlər "Google"u məhkəməyə verdilər - SƏBƏB

Yaponiyada həkimlər Google-u klinikaları haqqında pis şərhlərə müdaxilə etmədiyi üçün məhkəməyə veriblər. Sfera.az xəbər verir ki, 63 həkim cümə axşamı T...

Buraxılış imtahanının nəticələri elan olundu

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.   Sfera.az xəbər verir ki,...

16 kənddə qaz olmayacaq

Aprelin 22-si Masallı rayonunun 16 kəndində qaz təchizatının dayandırılması planlaşdırılır.   Sfera.az-ın məlumatına görə, Masallı rayonu ərazisində ...