Qubada 66 yaşlı kişi intihar edib
11:10 / 25.07.2021
800
Qubada 66 yaşlı kişi özünü asaraq öldürüb.
Sfera.az-ın məlumatına görə, hadisə rayonun İkinci Nügədi kəndində qeydə alınıb.
Kənd sakini 1955-ci il təvəllüdlü Qadir Abasov özünü yaşadığı evdə asaraq öldürüb.
Hadisə yerinə Quba Rayon Prokurorluğu və Polis Şöbəsinin əməkdaşları gələrək zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirib.
Qeyd edək ki, Q. Abasovun evdə tək yaşadığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.(report)