Qubada 5 nəfər zəhərləndi
14:36 / 15.07.2019
2611
Quba rayonunda 5 nəfər qidadan zəhərlənib.
Quba Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əliyar Sərvərov virtualaz.org-a bildirib ki, zəhərlənənlərin ikisi azyaşlı, üçü isə orta yaşlı qadındır. Onlara ilki tibbi yardım göstərilib, mədələri yuyulub.
"Zəhərlənənlər yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib, həyati təhlükə yoxdur”, - baş həkim əlavə edib. Zəhərlənənlər sabah evə buraxılacaq.
Zəhərlənmənin səbəbi laboratoriya analizlərinin nəticəsindən sonra bəlli olacaq.