No Image
No Image

Qubad İbadoğludan “böhran masası” təklifi – “İşsizlik və yoxsulluq kütləviləşir...”

Qubad İbadoğludan “böhran masası” təklifi – “İşsizlik və yoxsulluq kütləviləşir...”
"Cari ilin birinci rübünun başa çatmasından 13 gün ötsə də, sosial-iqtisadi yekunlar müzakirə olunmur, əldə edilmiş nəticələr və itirilmiş imkanlar dəyərləndirilmir. Belə olanda da həlli vacib sosial problemlər artır, əhalinin güzəranı  daha da çətinləşir, istehlak qiymətləri sürətlə bahalaşır”.

Sfera.az-ın məlumatına görə, bunu iqtisadçı-ekspert Qubad İbadoğlu deyib. Onun sözlərinə görə, bir ildən çoxdur ki, orta aylıq əmək haqqı davamlı olaraq azalır:

"Son zamanlar bəzi dövlət və özəl şirkətlərdə maaşlar ödənilmir, işzislik və yoxsulluq kütləviləşir. Pandemiyanın neqativ təsirlərindən və məhdudiyyətlərindən əziyyət çəkən kiçik və orta biznes əsassız cərimələr və büdcəyə əlavə ödənişlərlə yüklənərək çıxılmaz duruma salınır.  Beləliklə də ölkədə iqtisadi həyat sönür, işgüzar fəallıq passivliklə əvəz olunur,  iqtisadiyyatda böhran müşahidə olunur və real sektor üzrə tənəzzül dərinləşir.
 
 
Azərbaycanda rəsmi məlumatlara görə, bu ilin 2 ayında sığorta bazarı 15,8 faiz, bankların  xalis mənfəəti  25,3 faiz, banklarda  depozitlərin həcmi 5,2 faiz, kredit portfeli 6,8 faiz, xarici ticarət dövriyyəsi 12,7 faiz, sənaye istehsalı 4 faiz, ÜDM istehsalı 3,2 faiz azalıb. Hətta  pandemiya dövründə əksər ölkələrdə pozitiv dinamikaya malik olan informasiya və rabitə xidmətləri  Azərbaycanda ilin ilk 2 ayında  4,5 faiz aşağı düşüb”.
 
Ekspert qeyd edib ki, ilin birinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə neft gəlirləri 43 faiz, əhalinin nominal gəlirləri 4 faizdən çox azalıb: "İş adamlarının, istehlakçıların rəylərindən məlum olur ki, bu il ötən illə müqayisədə xeyli pis başlayıb və belə davam edərsə iqtisadiyyat daha da acınacaqlı duruma düşə bilər. Odur ki, iqtisadiyyatın mövcud durumunun və onun hazırkı sosial nəticələrinin "böhran masası"nda müzakirəsini təklif edirəm”.

Günay  
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Zəngəzur dəhlizinin açılması Naxçıvanın iqtisadi potensialını genişləndirəcək – Millət vəkili

Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri zamanı Zəngəzur dəhlizinin açılacağını bir daha bəyan edib.   İşğaldan aza...

Azərbaycanın neft gəlirləri niyə artmır? – SƏBƏBLƏR

2021-ci ilin yanvar-aprel ayları ərzində "Azəri-Çıraq-Günəşli” yataqları üzrə gəlirlər 1,437 milyard dollar, "Şahdəniz” üzrə gəlirlər 42,35 milyon dollar təş...

Bakıda inşaat işi ən çox bu rayonlarda həyata keçirilir – STATİSTİKA

2021-ci ilin birinci rübündə Bakıda 1,237 milyard manat dəyərində inşaat işləri həyata keçirilib. Ötən ilin eyni dövrünə nisbətən inşaat işlərinin həcmi 12,8 fa...

Ölkələrin İslam maliyyəsinə marağı artır: Dəyəri 2,5 trilyon dollara çatacaq

İslam maliyyə sektorunun həcmi 2021-ci ildə daha da genişlənəcək. 2020-ci ildə 2,2 trilyon dollar dəyərində qiymətləndirilən İslam maliyyə sektorunun dəyəri bu ...

FED dolları bahalaşdıra bilər – Bu baş verərsə...

ABŞ-da açıqlanan son rəqəmlər ölkədə inflyasiya səviyyəsinin yüksəlişə meyilli olduğunu və bunun FED-in (ABŞ-da mərkəzi bank funksiyasını yerinə yetirir – red.)...

Azərbaycanda avtomobillərin sayı niyə azdır? - ARAŞDIRMA

Azərbaycanda 2000-ci illərin əvvəlindən avtomobillərin sayında nəzərəçarpacaq artım müşahidə edilsə də, hələ də avtomobil sayına görə aşağı göstəriciyə sahib öl...