Qubad İbadoğlu: SOCAR hər il öz hesabatlarını auditor yoxlamasından keçirir və açıqlayır

Qubad İbadoğlu: SOCAR hər il öz hesabatlarını auditor yoxlamasından keçirir və açıqlayır
 
"Dövlət şirkətlərinin mühasibatlığı bərbad vəziyyətdədir. Çünki onların uçotu, qeydiyyatı, hesabatı yoxdur və beynəlxalq standartlara uyğun deyil. Lakin digərlərindən fərqli olaraq, SOCAR-ın hesabatları onun saytında mövcuddur". 

Sfera.az  xəbər verir ki, bunu Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı ekspert Qubad İbadoğlu internet kanallarının birinə müsahibəsində deyib. O bildirib ki, bir çox qurumların saytında onların hesabatlarına rast gəlmək olmur, SOCAR isə hər il öz hesabatlarını auditor yoxlamasından keçirir və saytında yerləşdirilir:
 
"SOCAR təxminən bir ay əvvəl ötən ilin hesabatını saytında yerləşdirib. Digər şirkətlər barəsində isə bunu demək mümkün deyil".

Ekspert vurğulayıb ki, SOCAR daha böyük həcmdə sərmayələri həyata keçirdiyi üçün hesabatları daha tez dərc edir: "Qurumdan tələb olunur ki, beynəlxalq səviyyədə tanınmış auditor yoxlamasından keçsin və onun nəticələrini dərc etsin. Bu baxımdan SOCAR sözügedən fəaliyyətləri digərləri ilə müqayisədə daha tez edib, auditor yoxlamalarını keçirərək hesabatlarını dərc edib".


OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...