Quba-Xınalıq yolunda hərəkət bərpa olundu

Quba-Xınalıq yolunda hərəkət bərpa olundu
Quba-Xınalıq avtomobil yolunda hərəkət bərpa edilib. Modern.az xəbər verir ki, bu barədə "Report"a 5 saylı Quba Yol İstismarı İdarəsinin sahə rəisi Əliqulu Orucov məlumat verib.

Onun sözlərinə görə, 5 ekskavator və 2 buldozerin köməkliyi ilə yol açılıb, gediş-gəliş təmin olunub.

Qeyd edək ki, bu gün Quba-Xınalıq avtomobil yolunun 36-cı km-də dağdan sürüşən iri qaya parçaları yolun hərəkət hissəsini bağlayıb. Dərhal hadisə yerinə Agentliyin əməkdaşları və xüsusi texnika cəlb edilib.

OXŞAR XƏBƏRLƏR