Qroznının mərkəzində atışma - VİDEO

Qroznının mərkəzində atışma - VİDEO
Çeçenistanın paytaxtı Qroznı şəhərinin mərkəzində atışma baş verib.

Sfera.az xəbər verir ki, "Mash” teleqram kanalının məlumatına görə, atışma Mira küçəsi yaxınlığındakı kəsişmədə olub. Şəhər sakinləri atışma səslərini eşitdikdən sonra hadisə yerinə toplaşaraq iki nəfərin yerdə uzandığını görüblər. Bundan sonra polis əməkdaşları vətəndaşları hadisə yerindən uzaqlaşdırıb.

İlkin məlumata görə, atışma polis əməkdaşlarına hücum olunması ilə başlayıb. Bıçaqla polisin üzərinə hücum edən cinayətkarlar polisin xidməti silahlarını ələ keçirməyə çalışıb, lakin hüquq- mühafizə əməkdaşları tərəfindən zərərsizləşdiriliblər.

Hadisə yerində araşdırma aparılır.
 


OXŞAR XƏBƏRLƏR